Icma.az
close
up
RU
Növbəti 4 illik marafonda Azərbaycan xətti: Trampın rəsmi Bakı ilə bağlı planı belədir

Növbəti 4 illik marafonda Azərbaycan xətti: Trampın rəsmi Bakı ilə bağlı planı belədir

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-nin Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayıb. Dünya təzədən 4 illik Tramp dönəminə girmiş oldu. Qlobal və regional proseslərlə bağlı Ağ Evin yeni administrasiyasından gözləntilərə münasibətinizi öyrənərdik?

- 20 yanvarda baş tutan inaqurasiya mərasimində ABŞ-nin yeni prezidenti Donald Tramp dünyada müharibələri dayandıracağı vədini verib. Yaxın Şərqdə Trampın andiçməsinə bir gün qalmış atəşkəsə nail olundu. Sabiq Amerika prezidenti Cozef Bayden bu atəşkəsi öz adına çıxmağa çalışıb. İddia edib ki, İsrail hökuməti ilə Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsin əldə olunması onun sayəsində mümkün olub. Amma fakt odur ki, bir neçə həftə öncə Tramp açıq şəkildə HƏMAS-ı hədələmişdi ki, yanvarın 20-ə qədər girovlar azad edilməsə və İsrail hökuməti ilə razılıq əldə olunmasa, Yaxın Şərqi cəhənnəmə döndərəcək. Görünür, bu ultimatumun bir nəticəsi oldu. Hazırda atəşkəsə nail olunub, danışıqlar gedir, girovların azad edilməsi ilə bağlı açıqlamalar var. Ona görə də bunu müsbət nəticə kimi qiymətləndirmək olar. Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı da Trampın müəyyən vədləri var. Bu istiqamətdə Tramp Administrasiyası müəyyən addımlar atmağa çalışacaq. Təsadüfi deyil ki, inaqurasiyadan bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin Trampı təbrik edib və dialoqa hazır olduğunu deyib. Ona görə də əgər Tramp atəşkəs təklif etsə, böyük ehtimalla Putin bununla razılaşacaq. Ukraynanı da Ağ Evin yeni rəhbərliyi razı salmağa çalışacaq.

- Ağ Evin yeni sahibinin qovluğunda Cənubi Qafqazla bağlı hansı planlar ola bilər?

- Cənubi Qafqazla bağlı gözləntilər fərqlidir. Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonra danışıqlar gedir. Hələ nəticə əldə olunmayıb. Ona görə də Tramp adminstrasiyası ABŞ Dövlət katibi Marko Rubio və digərləri Azərbaycanla Ermənistan arasında da sülh sazişinin əldə olunmasına çalışacaqlar. Rubio keçmişdə ermənipərəst senator olub və ermənilərin maraqlarını müdafiə edib. İndi isə o, dövlət katibidir və Amerikanın maraqlarından çıxış etməlidir. O, Azərbaycanla Ermənistan arasında balansı qorumalıdır. Bu baxımdan məhz yeni dövlət katibi tərəfindən Azərbaycana və Ermənistana görüş təşəbbüslərinin edilməsi də gözlənilir. Hətta iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək də mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev də Tramp adminstrasiyası ilə əməkdaşlıqdan danışmışdı. Bu mənada Tramp adminstrasiyasının Cənubi Qafqazda da müəyyən cəhdləri olacaq.

- Bakı və İrəvan arasında yekun sülh sazişinin əldə olunmasında Tramp administrasiyasının təsiri barədə hansı fikirləri irəli sürmək olar?

- Əgər Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri Ermənistan tərəfindən qəbul edilsə idi, bu zaman sülh sazişinin mümkünlüyündən danışmaq olardı. Söhbət Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından gedir. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu, Tramp adminstrasiyası üçün də uğur sayılacaq.

- Ermənipəst Dövlət katibi Marko Rubio ilə Ağ Evin Bakı və İrəvan arasında balansı necə qoruyacağına dair suallar çoxdur…

- Donald Tramp öz inaqurasiyasında açıq mesajlar verdi. Hətta həmin vaxt onun arxasında oturan sabiq prezident Cozef Baydenin qərarlarının yanlış olduğunu və onları ləğv edəcəyini bildirdi. Tarixdə bu cür andiçmə proqramı olmamışdı. Çünki Tramp inaqurasiyadan bir neçə saat keçməmiş fərmanlar imzalamağa başladı. Panama kanalını ələ keçirmək, Meksika körfəzini Amerika körfəzi adlandırmaq kimi utopik planları var idi. Onun bu işləri necə reallaşdıracağını isə zaman göstərəcək.

Miqrasiya siyasətinin sərtləşdirilməsi, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən addımlar atılacaq. Sözsüz ki, bu məsələlərin reallaşması ilə bağlı da ciddi suallar var. Onlardan biri də ermənipərəst, keçmiş deputat Rubionun Dövlət katibi postunda özünü necə aparacağı ilə bağlıdır. Azərbaycan cəmiyyətində də bununla bağlı suallar var. Çünki Rubio senator olduğu dövrdə ancaq ermənilərin mövqeyini müdafiə edib. İkinci Qarabağ müharibəsi zamanı onun Azərbaycan əleyhinə xeyli açıqlamaları olub. Amma ümidlər onadır ki, Rubio Dövlət katibi vəzifəsinidə ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış edəcək. Amerikanın milli və təhlükəsizlik mararaqları Cənubi Qafqazın açar dövləti Azərbaycanla sıx əməkdaşlığı diktə edir. Trampın da bu istiqamətdə müəyyən açıqlamları var. Hətta Donald Trampın birinci (2017-2021) prezidentliyi dönəmində Azərbaycan Prezidenti İlham Əliyevlə mühüm yazışmaları olub. Bu mənada, Tramp Azərbaycana önəm verən prezidentdir. Sözsüz ki, yeni Dövlət katibi Rubio da Trampın cızdığı xətt üzrə getməlidir. Bu məsələdə hansısa fikir ayrılığı yaransa, Rubionun uzun müddət o postda qalması mümkün olmayacaq. Çünki Tramp öz ətrafının qərarlarına riayət etməsini tələb edən şəxsdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 22 Yanvar 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri