Növbəti il üçün dövlət büdcəsinin gəlir və xərcləri Açıqlandı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703,6 milyon manat məbləğində təsdiqlənib.
2026-cı il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 48 milyard 839 milyon 322,6 min manat müəyyən edilib.
Bundan başqa, 2026-cı ildə dövlət borclanmasının yuxarı həddi də müəyyənləşib.
Belə ki, 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard min manat təsdiq olunub.
İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 milyard manat məbləğində müəyyənləşdirilib.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği isə 16 milyard 902 milyon 226,6 min manat məbləğində təsdiqlənib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:12
Bu xəbər 04 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















