Icma.az
close
up
RU
Növbəti qürurlu bir tarix səhifəsinin yazılmasının şahidlərinə çevrildik

Növbəti qürurlu bir tarix səhifəsinin yazılmasının şahidlərinə çevrildik

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bizim üçün çox əziz olan bir gündə - Müstəqillik Günümüzdə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyev ilə birlikdə Qarabağda və Şərqi Zəngəzurda artıq üçüncü hava qapımız olan Laçın Beynəlxalq Hava Limanının rəmzi açılış lentini kəsməsi və Baş nazir Məhəmməd Şahbaz Şərifin də iştirakıyla Laçında Azərbaycan, Türkiyə və Pakistan ikinci Zirvə Toplantısının keçirilməsi bu günü həqiqətən də ikiqat bayrama çevirdi. Biri nüvə dövləti olmaqla, üç qardaş ölkənin qalib liderləri Laçından bölgəyə və dünyaya çox önəmli mesajlar verdilər, Azərbaycan, Türkiyə və Pakistanın təşəbbüsüylə yeni birlik formatının (Azərbaycan-Türkiyə-Pakistan Birliyinin) yarandığını dünyaya nümayiş etdirdilər. Və həmçinin, ənənəyə uyğun olaraq Laçın Beynəlxalq Hava Limanının rəmzi açarlarının prezidentlərə (İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana) təqdim edilməsiylə bir daha bəyan edildi ki, Cənubi Qafqazın açarları məhz Azərbaycan və Türkiyənin əlindədir.
Bəli, biz bu gün növbəti qürurlu bir tarix səhifəsinin yazılmasının şahidlərinə çevrildik. Üç liderin verdiyi birlik mesajları Azərbaycan, Türkiyə və Pakistanın bundan sonra yaxşı günlərdə də, çətin məqamlarda da hər zaman birlikdə olacaqlarını bir daha təsdiqlədi, netləşdirdi. Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı üç qardaş ölkənin əməkdaşlığının ildən-ilə, gündən-günə gücləndiyini bildirən Prezident İlham Əliyev ağır günlərdə hər zaman bir-birimizin yanında olduğumuzu, həmrəylik və dəstək göstərdiyimizi qeyd etdi: "Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir. Biz ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk... Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub. Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir... Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.
Bu gün Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvə Toplantısı ilk növbədə dağlardan yüksələn yeni qüdrətli birliyin, üç qardaş ölkə arasında əməkdaşlığın və dostluğun növbəti təzahürü kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı Laçın şəhərində keçirilən 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışında bəyan etdi ki, bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. “Bu gün müzakirə etdiyimiz məsələlər, əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə yaxın edəcək”, - deyə dövlətimizin başçısı vurğuladı.
Öz növbəsində Pakistan Baş naziri Şahbaz Şərif də Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvəsinin Laçında keçirilən 2-ci iclasının çox səmərəli olduğunu və üç dövlət arasında əlaqələndirmə, koordinasiyanın olması barədə qərara gəlindiyini bildirərək, Azərbaycan və Türkiyənin Kəşmir məsələsində hər zaman Pakistana dəstək verdiklərini vurğuladı: “Laçında Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvəsinin II iclası çox səmərəli oldu. Bir çox məsələləri müzakirə etdik. Qərara gəldik ki, bu 3 dövlət arasında əlaqələndirmə, koordinasiya olsun. Bu füsunkar məkanda – Laçında qardaş dövlətin bayrağı dalğalanır. Bu onu sübut edir ki, bayraqlarımız hər zaman bir yerdə ucalıqlarda dalğalanacaq, gələcəyə, firəvanlığa doğru birgə irəliləyəcək. Hər iki qardaşıma təşəkkür edirəm ki, Pakistana ədalətli məsələsində - Cammu və Kəşmir məsələsində dəstək verirlər. Təəssüf ki, elə füsunkar bölgədə qan tökülüb. O insanlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Lakin hər zamankı kimi qətiyyətlidirlər və heç zaman təslim olmayacaqlar. BMT Nizamnaməsinə uyğun olaraq hüquqları bərpa olunanadək, Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilənədək mübarizə aparacaqlar. Pakistan hər zaman kəşmirlilərin yanında olub. Azərbaycan və Türkiyə də Kəşmir məsələsində eyni qətiyyəti nümayiş etdirib".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvə görüşündəki çıxışında çox önəmli bir məqama toxunaraq bildirdi ki, "Türkiyə, Azərbaycan və Pakistan Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat, enerji və ərzaq sahələrində çoxsaylı çağırışların mövcud olduğu strateji əhəmiyyətli hissələrində yerləşir. Burada baş verənlərin fonunda ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır". Ərdoğan, həmçinin Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirindən iki bənd səsləndirməklə bir daha Azərbaycan-Türkiyə ortaq gələcəyi üçün birlik, bərabərlik mesajı verdi və eyni zamanda, "İki dövlət, bir millət" deyiminin əhatə dairəsinə Pakistanı da əlavə edərək, "Üç dövlət, bir millət" formatını bəyan etdi.
İkinci Qarabağ müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana bir daha minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev isə bizim gücümüzün birliyimizdə olduğunu qeyd edərək, Müstəqillik Günümüzdə Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bayram tədbirlərində iştirakının, bizə göstərilən dəstək və həmrəylyin dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdığını və bu gün üç ölkənin dünyaya verdiyi mesajların lazımi ünvanlara çatacağını xüsusi olaraq vurğuladı: “Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir. Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
Beləliklə, Laçından dünyaya mesaj verildi ki, Azərbaycan-Türkiyə-Pakistan Birliyi kontekstində yeni türk-müsəlman birliyinin formalaşması, Ankara, Bakı və İslamabad dialoqunun davamlı prosesə çevrilməsi artıq danılmaz reallıqdır. İnşAllah bu birlik, bu dialoq, bu ittifaq ilk növbədə üç ölkənin qardaş xalqlarına fayda verəcək və eyni zamanda, bütün dünya üçün xoşməramlı birlik və əməkdaşlıq nümunəsinə çevriləcək.
Tanrı birliyimizi qorusun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 May 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see302

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see190

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see164

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see163

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see140

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see140

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see135

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see123

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri