Icma.az
close
up
RU
Novruz: xalqımızın duyğu və düşüncələrini dilə gətirən qədim el bayramı Yeni Gündəm

Novruz: xalqımızın duyğu və düşüncələrini dilə gətirən qədim el bayramı Yeni Gündəm

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

“Novruz bayramı xalqımızın duyğu və düşüncələrini dilə gətirən qədim el bayramımızdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını Azərbaycan xalqı hər zaman böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Novruz insanlar arasında münasibətləri tənzimləyən, səmimiyyəti önə çəkən, yüksək dəyərləri özündə ehtiva edən, ümumxalq səviyyəsində qeyd olunan bayramdır. Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən Novruz – dirilik, bərəkət, ruzi bayramıdır. O, xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlı olub. Novruz nəsildən-nəslə keçərək milli bayram və xalq mərasimi kimi yaşamaqdadır.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, xeyirxahlığın, birliyin təcəssümü olan Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Qürurverici haldır ki, artıq bir neçə ildir düşmən tapdağından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Müzəffər Ordumuzun gücü ilə azad edilmiş torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Düşmənin dağıdıb viran qoyduğu, Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz bu gün bir başqa büsata, başqa bir ovqata bürünür.

Onun sözlərinə görə, hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısımız 2021-ci ildə qalib ölkəmizin vətəndaşlarına xoş arzu və niyyətlərini Qarabağın döyünən qəlbindən – Şuşadan, 20 mart 2022-ci il tarixində Suqovuşandan, 18 mart 2023-cü il tarixində Talışdan, 18 mart 2024-cü il tarixində Xankəndindən çatdırdı.

“Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik” Ölkə Prezidentinin tonqal ətrafında səsləndirdiyi fikirlər qürur və iftixar yaradır, hər bir ölkəsini, Vətənini sevən soydaşlarımızın yaddaşında əbədi həkk olunur.

Azadlığına qovuşmuş torpaqlarımızda da Novruz bayramının qeyd edilməsi, mədəniyyətimizə, tariximizə, torpaqlarımıza sahib çıxmaqla yanaşı, tarixi ədalətin bərpasının, Azərbaycan xalqının o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmasının daha bir təsdiqidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 17 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see161

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri