Novxanıdakı “milyonluq saray”ın sahibi həbsdə qaldı Məhkəmə qərarı
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Öz bağında qızı zormalamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yekun qərar qəbul edilib.
Qərara əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və onun ev dustaqlığı ilə bağlı vəsatət təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Bəxtiyar Dali barəsində ilk olaraq 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi, daha sonra prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin 2 ay müddətinə uzadılmasına qərar verilib.
Qeyd edək ki, Bəxtiyar Dali özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.
Baxış sayı:110
Bu xəbər 14 Noyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















