“The Athletic” Xabi Alonsonun “Real”dan qovulmasının detallarını yayıb
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Madrid “Real”ının sabiq baş məşqçisi Xabi Alonso vəzifəsindən azad olunmasını əsassız və səhv qərar adlandırıb.
İdman.Biz xzəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
İspaniya Superkuboku uğrunda “Barselona” ilə keçirilən və 2:3 hesabı ilə başa çatan oyundan sonra Alonso klubun məşq bazasına dəvət olunub. Orada o, “Real”ın baş icraçı direktoru Xose Anxel Sançeslə görüşüb. Görüş zamanı mütəxəssisə əməkdaşlığa son qoyulduğu bildirilib.
Alonso bu qərarla qətiyyən razılaşmadığını vurğulayaraq, onu ədalətsiz və yanlış adlandırıb. O, istefasının səbəblərini klub daxilində mövcud olan və “qalaktikosların hakimiyyət mədəniyyəti” kimi xarakterizə etdiyi sistemlə əlaqələndirib.
Qeyd edək ki, Xabi Alonso Madrid təmsilçisinin baş məşqçisi vəzifəsinə 1 iyun 2025-ci ildə təyin olunmuşdu. Onun istefaya göndərildiyi vaxt “Real” La Liqanın turnir cədvəlində ikinci, Çempionlar Liqasında isə yeddinci pillədə qərarlaşmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 14 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















