Nura Suridən QALMAQALLI açıqlama: “Adımızın qarşısında şou yox, toy biznes yazılsın“
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni Nura Suri yerli sənətçilərin fəaliyyətini "şou-biznes" adlandırmağın yanlış olduğunu bildirib. O, sosial media hesabında paylaşım edərək bu sahəni "toy-biznes" adlandırmağı təklif edib.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, sənətçi bu barədə belə yazıb:
"Təklif edirəm, hətta xahiş edirəm, "şou-biznes" sözünü yerli müğənnilərin adının yanında yazmayasınız. "Toy-biznes" yazın. Bizim müğənnilər, mən daxil ancaq toydan qazanır".
O, beynəlxalq ulduzlarla yerli müğənnilər arasında böyük fərqin olduğunu vurğulayıb:
"Şounu Ledi Gaga, Şakira, Benson Boone, JLo, Bruno Mars və sair kimi müğənnilər göstərir. Bizdə eyni səhnəni və trendi Xalq artistləri və bayağı adlandırdıqlarınız bölüşür. Sadəcə bəziləri daha baha qiymətə və daha çox tədbirə gedir, fərq ancaq bundadır. Heç bir şoudan və performansdan söhbət gedə bilməz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















