Nüvə diplomatiyası: İran rəsmisi yüksək zənginləşdirmə fəaliyyətinin səbəblərini açıqladı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Uranın yüksək zənginləşdirmə faizi mütləq silah istehsalı məqsədi daşımır".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami "Sky News"a müsahibəsində bildirib.
O, ölkəsinin uranı yüksək səviyyədə zənginləşdirməsinin səbəblərini izah edib.
"Bizə daha yüksək zənginləşdirmə ölçü cihazlarımızın həssaslığını və dəqiqliyini artırmaq üçün lazımdır. Bu cihazları bizə heç kim satmır. Uzun illərdir sanksiyalar altındayıq. Bu məhsullar reaktorlarımızın təhlükəsizlik sistemləri və onların idarə olunmasında istifadə edilən həssas proseslər üçün zəruridir", - deyə Eslami vurğulayıb.
AEOI rəhbəri qeyd edib ki, ictimai rəydə təqdim olunan zənginləşdirmə faizi müəyyən siyasətçi və düşmən dairələr tərəfindən qızışdırılır.
Telekanal isə bu açıqlamanın "İsraillə 12 günlük müharibədən bəri verilən ən açıq etiraf" olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 24 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















