Nyu Yorkda nadir Burbon virusuna ilk yoluxma halı qeydə alınıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ-ın Nyu-York ştatında gənə dişləməsi ilə yayılan nadir Burbon virusuna ilk yoluxma halı təsdiqlənib.
Bu barədə "People" jurnalı məlumat yayıb.
Məlumata görə, Lonq-Aylenddə yaşayan 67 yaşlı Maykl Larkin gənə dişləməsindən sonra virusa yoluxub. Bir müddət sonra onda şiddətli baş ağrıları və zəiflik yaranıb və xəstəxanaya yerləşdirilib.
İlkin olaraq həkimlər onda Laym xəstəliyindən şübhələnsələr də, test mənfi çıxıb. Əlavə müayinələrdən sonra Larkinin Burbon virusuna yoluxduğu müəyyən edilib. CBS News-un məlumatına görə, o, xəstəliyə qalib gələ bilib.
Burbon virusu ilk dəfə 2014-cü ildə ABŞ-ın Kanzas ştatında aşkarlanıb və ilk yoluxmanın qeydə alındığı dairənin adı ilə adlandırılıb. Həmin vaxtdan bəri rəsmi olaraq cəmi 6 yoluxma halı təsdiqlənib, onlardan 2-si ölümlə nəticələnib.
Virus yüksək hərarət, güclü yorğunluq, səpgi, bədən ağrıları, ürəkbulanma və baş ağrıları ilə müşayiət olunur. Bu virusa qarşı hazırda nə peyvənd, nə də xüsusi müalicə mövcuddur. Xəstəliyin aşkarlanması isə onun əlamətlərinin Laym xəstəliyinə bənzəməsi səbəbindən çətinləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:260
Bu xəbər 02 Avqust 2026 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















