Icma.az
close
up
RU
“Nyurnberq” filmi premyeradan əvvəl tənqidçilərin marağıda dram və reallıq

“Nyurnberq” filmi premyeradan əvvəl tənqidçilərin marağıda dram və reallıq

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəsmi premyerasından əvvəl belə, Ceyms Vanderbiltdin “Nyurnberq” filmi artıq kino tənqidçiləri arasında böyük həyəcan yaradıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tarixi lent tamaşaçını 1945-ci ilə – beynəlxalq hərbi tribunalın zalına aparır, burada əsas nasist cinayətkarları məhkəmə qarşısına çıxarılır. Ssenari müəllifi və rejissor Ceyms Vanderbilt sadəcə prosesin rekonstruksiyasını deyil, həm də müasir dövr barədə düşündürən bir dram yaratmışdır.

Film ədalət, demokratik institutların rolu və cəmiyyətin şərə qarşı müqavimət qabiliyyəti mövzularını qaldırır. İnsanlığa qarşı cinayətlərdən söhbət gedəndə, ədalət həqiqətən qərəzsiz ola bilərmi? Məhz bu sual bütün film boyunca əsas mövzu kimi keçir.

Hadisələrin mərkəzində – Herman Gyorinq rolunu ifa edən Rassel Kroudur. Onun obrazı artıq “Ron Howardın Nokdaun” filmindən sonra ulduzun karyerasındakı ən güclü rollardan biri adlandırılır. Krou Gyorinqi ziddiyyətli obraz kimi təqdim edir: o, həm xarizmatik və inandırıcıdır, həm də qəddar hərbi cinayətkardır. Rolun inandırıcı olması üçün aktyor hətta alman dilini öyrənmişdir və bu, xüsusilə ABŞ ordusunun psixiatrı (Rami Malekin ifasında) ilə psixoloji duel səhnələrində özünü göstərir.

“White Lotus” serialından tanınan Leo Vudall da parlaq performans nümayiş etdirib. “Nyurnberq”də o, dramatik qarşıdurmaya cəlb olunan tərcüməçi rolunu ifa edir. Çəkilişlərdən əvvəl alman dilini bilməsə də, aktyor bu rol üçün dili xüsusi olaraq öyrənmişdir. Onun final səhnəsi o qədər təsirlidir ki, tənqidçilər artıq ona “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar” namizədliyi proqnozlaşdırırlar.

Xüsusi qeyd olunmalı məqamlardan biri də istehsalat dizaynıdır: dar kameralar və tribunal zalı demək olar ki, sənədli dəqiqliklə bərpa olunub. Ssenari yalnız tarixi faktlara deyil, həm də Gyorinq və Kelli arasında gedən söz döyüşlərinə və psixoloji duellərə diqqət ayırır.

Amerika Kino Akademiyası ənənəvi olaraq həm də müasirlik üçün xəbərdarlıq rolunu oynayan tarixi dramları yüksək qiymətləndirir. Buna görə də “Nyurnberq” həm mükafatların əsas namizədi, həm də ilin ən çox müzakirə olunan filmlərindən biri olma potensialına sahibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri