Icma.az
close
up
RU
“O, Azərbaycanın ölməz Lideridir!” Deputat yazır

“O, Azərbaycanın ölməz Lideridir!” Deputat yazır

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər bir xalqın və dövlətin taleyində lider amili müstəsna rol olnayır. Məhz cəsarətli, uzaqgörən və təəssübkeş liderlərin sayəsində ayrı-ayrı xalqlar çətinliklərdən qurtularaq nicat tapıblar.  Bu mənada, “Heydər Əliyev Azərbaycan və xalqımız üçün kimdir?” sualının cavabı çox genişdir. Ümumiləşmiş olaraq, Ulu Öndərimizin həyatını bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirə bilərik.

Bu gün ümummilli səviyyədə dərk olunur ki, O, Azərbaycan üçün bütün zamanların ölməz Lideri olaraq yaşayacaq. Bu parlaq şəxsiyyət-Liderin yeri və rolu, qoyduğu silinməz izlər respublika həyatının bütün sahələrində real olaraq  aydın görünür.

Ulu Öndər Heydər Əliyev uzaqgörən olduğu qədər də milli təəssübkeş idi, bu Vətənin, bu xalqın oğlu olduğuna görə sonsuz qürur duyurdu. Məlumdur ki, Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji formasiyada rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Ulu Öndər Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar region çərçivəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Eyni zamanda, milli-mədəni irsin xalqın özünüdərk hissinin yüksəlməsində rolunu yüksək qiymətləndirən Heydər Əliyev ənənələrin qorunub saxlanılmasını, Bakıda ədəbiyyat və incəsənət xadimlərinə abidələrin ucaldılmasını, klassik şair və yazıçıların əsərlərinin nəşrini daim diqqət mərkəzində saxlayırdı ki, bütün bunlar da insanlarda milli mənsubiyyətə görə sonsuz qürur yaradırdı. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Heydər Əliyevin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi üzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 17-18 minədək yüksək ixtisaslı azərbaycanlı mütəxəssis hazırlandı. Həmin mütəxəssislər sonradan müxtəlif sahələrdə çalışmaqla müstəqil dövlət quruculuğuna öz təhfələrini verdilər.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bütün dünya azərbaycanlılarının ümummilli ideologiya ətrafında birləşdirilməsi, xalqın milli-mənəvi vəhdətinə nail olunması qırmızı xətt kimi keçirdi. 1982-ci ildə keçmiş ittifaq dövlətinin rəhbərliyinə irəli çəkilən Heydər Əliyev doğma Vətəndən kənarda yaşasa da, Azərbaycanın inkişafını və problemlərini diqqət mərkəzində saxlayırdı. 1987-ci ildə isə keçmiş SSRİ rəhbərliyində tutduğu vəzifələrdən getməsinə baxmayaraq, Heydər Əliyevin qəlbi yenə də Azərbaycanla döyünürdü. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən qanlı faciəni xatırlayaq. 20 Yanvar qətliamı imperiya qüvvələri tərəfindən törədilmişdi. Belə vəziyyətdə Heydər Əliyev heç nədən çəkinməyərək, Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi.

Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran Ulu Öndər Heydər Əliyev respublikamızın  müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. Qeyd edək ki, Heydər Əliyevin Azərbaycanın real müstəqilliyinə nail olmaq üçün açıq müstəvidə mücadiləsi Onun həyatının Naxçıvan dövründən başladı. Xatırlayaq ki, Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Onun çağırışı ilə Naxçıvanın  1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.

Sonrakı mərhələdə - 1993-cü ilin yayından etibarən Ümumilli Liderimiz Azərbaycan naminə fəaliyyətini Bakıda davam etdirdi.  O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi  səciyyələndirən əsas cəhətlər idi. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.

Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev şəxsi həyatı  üçün təhlükələrə baxmayaraq,  bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və bu gəliş respublikamızın qurtuluş tarixinin başlanğıcı oldu. Az sonra ölkə Prezidenti seçilən Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.  Ölkə sabitliyə, inkişafa və sosial rifaha istiqamətləndi.

Ulu Öndər Heydər Əliyevin ən böyük amalı Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyümüzün təmin olunması idi. Onun qəlbində Ermənistanın işğalına son qoyulacağına, ərazi bütövlüyümüzün gec-tez bərpa olunacağına, xalqımızın Şuşaya, Kəlbəcərə, Laşına, Ağdama və digər yurd yerlərimizə qayıdacağına böyük inam var idi. Heydər Əliyevin səyləri və diplomatik məharəti sayəsində 1994-cü ilin mayında atəşkəsə nail olunması, eləcə də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana öz gücünü səfərbər etmək, iqtisadiyyatını gücləndirmək və yüksək döyüş qabiliyyətinə malik ordu qurmaq üçün imkanlar açdı.

2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev Ulu Öndərimizin siyasətini davam etdirərək ötən dövrdə bu imkanlardan səmərəli istifadə etməklə respublikamızı yeni inkişaf mərhələsinə yüksəltdi. Respublikamızda müasir ordu formalaşdırıldı. Ölkəmiz ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına da məhz yaradılan potensial sayəsində öz gücünə nail oldu.

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin varisliyini yüksək səviyyədə təmin etməklə güclü Azərbaycan formalaşdırmağa nail olub. Hazırda respublikamız dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkədə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır.

Ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən Azərbaycan yenə də kənardan dəstək almadan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirir. Göz önündə yeni, daha abad, daha müasir Qarabağ və Şərqi Zəngəzur formalaşır. Bütün bunlar isə o anlama gəlir ki, Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır və bundan sonra da yaşayacaq!

Milli Məclisin deputatı Samir Vəliyev



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 May 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri