Icma.az
close
up
RU
“O hər şeyi qazanıb, amma hələ də motivasiyası yüksəkdir”

“O hər şeyi qazanıb, amma hələ də motivasiyası yüksəkdir”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Olimpiya və dünya çempionumuz Hidayət Heydərovla bağlı yazı dərc edib.

Futbolpress.az məqaləni təqdim edir:

“O hər şeyi qazanıb, amma hələ də motivasiyası yüksəkdir”

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatında yenidən tatamiyə çıxacaq. 2024-cü ildə -73 kq çəki dərəcəsində Parisdə Olimpiya çempionu titulunu əldə edən Heydərov üçün bu il əlamətdar oldu. O, həmçinin dünya və Avropa çempionatlarında da qızıl medal qazanaraq cüdo tarixində unikal nəticəyə imza atdı.

Bu uğurlardan sonra ona bir qədər fasilə lazım gəldi.

“İki Olimpiya çempionumuzun həm təbrik mərasimləri, həm də federasiya ilə bağlı bir çox öhdəlikləri var idi. Özlərinə vaxt ayırmaq üçün istirahətə ehtiyac duydular. Fevraldan etibarən yenidən hazırlıqlara başladıq. Hazırda 100 faiz formamızda olmasaq da, bu narahatedici deyil. Ən vacibi, yüksək əyarlı medallar uğrunda mübarizə zamanı tam hazır olmaqdır. Bu il dünya çempionatında uğurlu çıxış gözləyirəm. Amma federasiya olaraq bizim növbəti əsas hədəfimiz gələn il Bakıda keçiriləcək dünya çempionatıdır” — milli komandanın baş məşqçisi Riçard Trautman hələ Podqoritsada keçirilən Avropa çempionatı zamanı bunları bildirmişdi.

Bu, Heydərov üçün də xüsusi motivasiya mənbəyidir.

O, bu ilin aprelində Avropa çempionatında tatamiyə qayıtmaq istəyirdi. Lakin xəstələndiyi və tam sağalmadığı üçün yarışda iştirak edə bilmədi. Bununla belə, Podqoritsaya gedərək “İlin kişi cüdoçusu” mükafatını qəbul etdi və komanda yoldaşlarına dəstək oldu.

“Sadəcə çəki itirmişdim və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq və əvvəlki formaya qayıtmaq asan deyil, amma qarşıdakı çempionatlarda qalib gəlmək istəyirəm” — 27 yaşlı cüdoçu deyib.

Onun motivasiyası hələ də yüksəkdir: “Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm”.

Olimpiya çempionu olmaq və ölkədə cüdonun simasına çevrilmək Heydərovun həyatında çox şeyi dəyişib. “Çox şey dəyişdi, amma ən önəmlisi budur ki, artıq tanınmış bir şəxsə çevrilmişəm. Bu məqamı sevirəm, çünki yeni nəslə nümunə olduğumu hiss edirəm,” — o deyib. Azərbaycanda küçədə gəzərkən və ya restoranda olarkən insanlar ona yaxınlaşır, avtoqraf istəyir və onunla şəkil çəkdirirlər. Heydərov isə bu diqqətdən narahat olmadığını bildirir.

Artıq diqqətini yenidən tam şəkildə cüdoya yönəlib. “Cüdo mənim üçün sadəcə bir idman növü deyil. Bu, mənim həyat yolumdur. Bu yolda isə geriyə baxmaq yoxdur – yalnız irəli,” — bir müddət öncə Heydərov şəxsi “Instagram” hesabında bunları yazmışdı.

Gündəlik məşq rejiminə qayıtmaq asan olmasa da, cüdoya olan sevgisi daha üstün gəlib. “Digər idman növləri ilə müqayisədə cüdo daha şəffaf və dürüstdür. Mən bu idmanı sevirəm, çünki burada hər kəs bir ailə kimidir. Hamı bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşır,” — deyə Heydərov bildirib.

Hidayət Heydərov dünya və Olimpiya çempionu statusu ilə Budapeştdə keçiriləcək dünya çempionatında yenidən tatamiyə çıxmağa tam hazır olmaq üçün ciddi şəkildə çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri