O, işlədiyim ən peşəkar futbolçudur
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "Cadena Ser" nəşrinin məlumatına görə, təcrübəli mütəxəssis portuqaliyalı ulduzu işlədiyi ən peşəkar futbolçulardan biri adlandırıb. Ançelotti Ronaldonun bərpa prosesinə verdiyi önəmi bu sözlərlə ifadə edib:
"O, bir dəfə mənə demişdi ki, həddindən artıq su bitkini məhv edir. Futbol böyük fiziki güc tələb edir, lakin bərpa olunmağa da diqqət yetirmək lazımdır. Bir çox zədələr həddindən artıq yüklənmə və yorulma səbəbindən yaranır".
Xatırladaq ki, Karlo Ançelotti Kriştiano Ronaldonun "Real"da çıxış etdiyi illərdə ona məşqçilik edib. 41 yaşlı hücumçu cari mövsümdə "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 24 matça çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kriştiano Ronaldo hazırda Səudiyyə Ərəbistanı çempionatının ən məhsuldar oyunçularından biridir.
Baxış sayı:150
Bu xəbər 22 Fevral 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















