O, mənim tərəfimdən deyiləsi sözdürmü?
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb.
Axşam.az xəbər verir ki, “Sabahın xeyir, Azərbaycan” proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:
“Onunla bağlı yadda qalan ən böyük xatirə onun dünyadan getməsi oldu. Məni son illərdə silkələyən, daxili partlayışa səbəb olan ikinci belə hadisə olmayıb.
Mən Cabirlə vidalaşmamışam, onu hələ yola salmamışam. Qəbirüstünə getməmişəm. Getsəm, barışacağam ki, Cabir yoxdur. Valideynlərinin qarşısına çıxmağa cəsarətim yoxdur. Nə deyəcəyəm? “Cabir yoxdur, mən varam?”. “Allah rəhmət eləsin” deyəcəyəm? O, mənim tərəfimdən deyiləsi sözdürmü? Cabirə çox ehtiyacım var. Çünki maraqlı, gülməli nəsə görəndə mən ona, o da mənə ötürürdü. Hər səhər biz yuxudan oyanan da danışırdıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















