Icma.az
close
up
RU
O ölkədə kitab oxuyaraq həbs müddətini qısaltmaq mümkündür

O ölkədə kitab oxuyaraq həbs müddətini qısaltmaq mümkündür

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Braziliyanın Mato Grosso do Sul əyalətindəki həbsxanalarda “Oxu yolu ilə əfv” (Remição pela Leitura) adlı xüsusi proqram həyata keçirilir. Bu proqram məhkumlara kitab oxuyub hesabat yazaraq həbs müddətlərini qısaltmaq imkanı yaradır. Hər bir oxunan kitab üçün yazılan hesabat məhkumun cəzasından 4 gün azaldır. İldə maksimum 12 hesabat təqdim etmək olar ki, bu da 48 gün azadlıq deməkdir.




Sherg.az xəbər verir ki, proqramın məqsədi həbsxanalarda sıxlığı azaltmaq, savadlılığı artırmaq və məhkumların cəmiyyətə yenidən inteqrasiyasına kömək etməkdir. Hər bir kitab üçün məhkum əvvəlcədən təsdiqlənmiş janrlardan seçim edir. Kitabın ölçüsünə görə oxumaq üçün 21-30 gün vaxt ayrılır. Daha sonra 10 gün ərzində həmin kitab haqqında tənqidi hesabat hazırlanır.


Hesabatlar sadəcə yazı yoxlanışı deyil, həm də qrammatik baxımdan, məntiq və idrak dərinliyi baxımından xüsusi komissiya tərəfindən qiymətləndirilir. Müəllimlər və kitabxanaçılar proqramda iştirak edən məhkumların zamanla ədəbi analiz və yazı bacarıqlarını inkişaf etdirdiyini, bunun isə cəmiyyətə uyğunlaşmalarına kömək etdiyini bildirirlər.


Bir çox məhkum əvvəlcə yalnız həbs müddətini azaltmaq üçün başlayır, amma sonradan kitaba və oxumağa həvəs göstərir, müzakirələrdə iştirak etmək istəyir, yeni biliklər öyrənmək istəyir.

2012-ci ildən bəri həyata keçirilən bu proqram nəticəsində təkrar cinayətə qayıtma halları 70%-dən 6%-ə qədər enib. Braziliya Ədliyyə Nazirliyi bunu yalnız statistika deyil, məhkumlar üçün ikinci şans kimi dəyərləndirir.

Məhkumlar “Küçük Prens”, “1984”, “Bülbülü öldürmək” kimi əsərləri oxuyaraq həyatlarını dəyişdirdiklərini, ümid qazandıqlarını və hətta övladları ilə məktub yazaraq ünsiyyət qurmağa başladığını qeyd ediblər.

Bu proqram artıq digər ölkələrin də diqqətini çəkib. Qazaxıstan və Özbəkistanda bənzər layihələr başlansa da, Finlandiyada hələ cəza azaldılması tətbiq olunmur.

Lakin proqram tənqidlərdən də yan keçmir. Bəzi ekspertlər məhkumların sadəcə cəza müddətlərini azaltmaq üçün hesabatlarında plagiat edə biləcəyini və sistemin sui-istifadə ediləcəyini iddia edirlər.

Bununla belə, Braziliya hökuməti proqramı genişləndirməkdə israrlıdır. Proqram həm də 21-ci əsrdə cəzaçəkmə yerlərində reabilitasiya anlayışına dair yeni müzakirələr açır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyun 2025 03:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri