Icma.az
close
up
RU
O, qalib bir elin, azad bir Vətənin qürurudur, Vüqarıdır

O, qalib bir elin, azad bir Vətənin qürurudur, Vüqarıdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 13 oktyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan igidlərimiz arasında Kəngərli rayonunun övladları da var. Vüqar Əsgərov da onlardan biridir. O, 1994-cü il noyabrın 26-da Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetinə qəbul olub, lakin maddi çətinliklərə görə təhsilini davam etdirə bilməyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2014-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən universitetə qəbul olsa da, o, Vətənə xidməti hər şeydən üstün tutub və hərb sahəsini seçib. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Vüqar Vətən müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Qəhrəman şəhidimiz Vüqar Əsgərovun doğulub boya-başa çatdığı ocaqdayıq. Səmayə ana səsimizi eşidən kimi tələsik çölə çıxır. “Vüqarın qonaqları gəlib”, – deyə sevinir şəhid anası. Bizi evə dəvət edir. Qapıdan içəri girən kimi otağın yuxarı hissəsində böyük fotoya dəyir gözüm. Gülən gözləri ilə bizə baxır Vüqar. Sanki “Xoş gəlmisiniz”, – deyir, onun qəhrəmanlığını qələmə almağa gələnlərə. Əşyaları, çarpayısı, son dəfə sarıldığı bayraq və qəhrəmanlığından xəbər verən medallara baxdıqca gənc ömrün şərəfli günləri canlanır xəyalımda.

Ananın həzin səsi məni fikirlərdən oyadır: “Vüqarım adı kimi vüqarlı idi. Kimsəyə boyun əyməzdi. Köməksiz birini görsə, ona əl uzadar, öz payından pay verərdi. Tanrı onu elə bil öz həmyaşıdlarından fərqləndirmişdi. Evə, ailəyə bağlı idi”.

Şəhid anası bildirir ki, dörd övladı var. Onları çox çətinliklərlə böyüdüb. Naxçıvanın ən əziyyətli günlərində belə qəddini əyməyib. Həyat yoldaşı ilə əl-ələ verib böyüdüblər övladlarını: “Vüqar sonbeşik idi. Bəlkə də ona görə onu bu qədər sevirdim. Bilmirəm. Bəlkə də ürəyim onun Tanrı qonağı olduğunu hiss edirdi deyə. Qoymazdı ki, qəm çəkim, məni bir az kefsiz görsə, gəlib boynumu qucaqlayardı. Onun toyuna hazırlaşırdım...” Səmayə ana sözünü tamamlaya bilmir, gözləri dolur, bir anlıq susur. Sonra yenidən sözlərinə davam edir: “Aylıq maaşını gətirib mənə verirdi. Mən də hər ana kimi toy hazırlığı görürdüm balam üçün. Ev-eşiyi təmir etdirmişdik, gəlin gətirəcəkdim bəy balama. Amma o Vətəni daha çox sevirmiş, sən demə”.

Vüqar çox tələsirdi Qarabağa getməyə. Getdi də. Heç kimə demədən. “Həmin gün evə gəlib çantasını götürdü. Culfaya təlimə getmək adı ilə çıxdı qapıdan. Döyüşə getdiyini, sonradan öyrəndim. Həmin günlərdə bir neçə rayon artıq azad edilmişdi. Bir neçə dəfə telefonda səsini eşitdim. Oktyabrın 17-də isə şəhidlik zirvəsinə yüksəldiyi xəbəri gəldi. Gülə-gülə getmişdi, sanki toya gedirdi. Bəy kimi maşın karvanı ilə evimizə döndü. Həmin gün təkcə Qarabağlar kəndinin sakinləri yox, bütün Naxçıvan gəldi balamı qarşılayıb yola salmağa. O, bəy köynəyi geyinmişdi həmin gün. Qələbə bayrağından biçilmiş bəy köynəyi” - deyə göz yaşlarını silir şəhid anası.

Vüqar Əsgərovun Prezident, Ali Baş Komandan tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilməsi və onun qəhrəmanlığı haqqında deyilənlər, azad olunmuş torpaqlarda yanan çıraqlar anası üçün böyük təsəlli, qürurverici haldır. Bu gün Vüqarın vüqarlı məqamı ilə təkcə anası Səmayə xanım, bacısı Bahar qürur duymur. Bütün Azərbaycan bir elin, azad bir Vətənin qüruru, vüqarı kimi Vüqar Əsgərovla fəxr edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri