O şagirdlər bir həftə dərsə getməyəcək... Misir Mərdanovdan nazirliyin qərarına reaksiya
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Elm və Təhsil Nazirliyinin məktəblərdə tədris prosesinin ənənəvi qaydada davam etdirilməsi ilə bağlı qərarı hələ də müzakirə edilir. Xüsusilə valideynlər bununla bağlı narazılıq edir, hətta nazirliyin qərarına rəğmən, uşaqları dərsə göndərmədiklərini bildirirlər.
Globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov deyib ki, qarlı-şaxtalı havada, xüsusilə də dağ yerlərində uşaqların məktəbə getməsini düzgün hesab etmir:
“Guya bir gün dərsə getməsələr, nə olacaq? Uşaqların xəstələnmə ehtimalını nəzərə almaq lazımdır. Belə havada onlara soyuq dəysə və ya buzlu yolda yıxılıb xəsarət alsalar, necə olacaq? Həmin şagird ən azı bir həftə dərsə gedə bilməyəcək. Fikrimcə, övladlarımızın sağlamlığı daha önəmlidir”.
Qeyd edək ki, bu gün bəzi universitetlər distant rejimə keçsələr də, bu, məktəblərdə tətbiq edilməyib.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 24 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















