Icma.az
close
up
RU
“O sual əsassız və qüsurludur, etibarsız hesab edilsin”

“O sual əsassız və qüsurludur, etibarsız hesab edilsin”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il mayın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezidenturaya qəbul imtahanında iştirak etmiş namizədlər təqdim olunan test tapşırıqlarından birinin əsassız və texniki baxımdan qüsurlu olduğunu iddia edirlər. 

Bu şikayətlə “Qafqazinfo”ya həmin imtahanda iştirak edən bir qrup tələbə müraciət edib. 

Onların sözlərinə görə, sual çaşqınlıq yaradıb, tələbələr düzgün cavablar arasında seçim edə bilməyiblər: “İmtahanın Müalicə işi B variantında təqdim olunmuş 64 nömrəli və A variantında təqdim olunmuş 62 nömrəli, Stomatoloji fakültə üzrə 72 nömrəli test tapşırıqlarının (meyit ləkələrinin imbibisiya mərhələsi ilə bağlı) elmi əsaslara və texniki normalara uyğun olmadığını və bu səbəbdən imtahan iştirakçılarının hüquqlarını pozduğunu hesab edirik. Məsələn, bizə sual belə təqdim edilmişdi:

“İmbibisiya mərhələsi üçün doğru mülahizələri seçin:

1.Tünd bənövşəyi ləkələr olur

2. Gecikmiş ləkələrdir

3. 12–15 saat sonra əmələ gəlir

4. Çəhrayı rəngli ləkələr olur

5. Barmaqla basdıqda iz qalır

DİM tərəfindən düzgün cavab kimi “4. Çəhrayı rəngli ləkələr olur” variantı qəbul edilib. Lakin bu cavab nə beynəlxalq tibbi ədəbiyyatda, nə də yerli elmi mənbələrdə meyit ləkələrinin imbibisiya mərhələsi üçün xarakterik rəng kimi göstərilmir. Bu cavab həm elmi, həm də texniki baxımdan əsassızdır. 

Tanınmış beynəlxalq və yerli mənbələrdə çəhrayı və ya “cherry-red” rəngli ləkələr isə əsasən karbonmonoksid (CO) qazı ilə zəhərlənmə zamanı, sianid intoksikasiyası və aşağı temperatur kimi spesifik hallarda müşahidə olunur. Sualda isə ölüm səbəbi, şəraiti və konteksti barədə heç bir məlumat verilməyib”.

Tələbələr düşünür ki, test tapşırığında “imbibisiya mərhələsi üçün doğru mülahizələri seçin” ifadəsi texniki baxımdan qüsurludur və cavab variantları arasında həm 1-ci (“Tünd bənövşəyi ləkələr olur”), həm də 4-cü (“Çəhrayı rəngli ləkələr olur”) variantlarının elmi mənbələrdə fərqli hallarda təsdiqləndiyi görünür. Namizədlər qeyd edirlər ki, bu isə cavabların çoxlu interpretasiyaya açıq olduğunu göstərir: “Qaydalara əsasən, çoxseçimli test tapşırıqlarında yalnız bir düzgün cavab variantı təqdim olunur və bir neçə cavabın eyni anda düzgün ola biləcəyi hallar texniki qüsur hesab olunur. Bu baxımdan, 1 və 4-cü cavabların eyni anda elmi əsaslarla doğru ola bilməsi, lakin testin formatı və DİM-in prinsipləri üzrə yalnız bir düzgün cavabın qəbul edilməsinin tələb olunması, sualın texniki cəhətdən qüsurlu olduğunu və qiymətləndirmədən çıxarılmalı olduğunu göstərir. Həmçinin yerli dərsliklərdə təqdim olunan məlumatlar DİM-in cavab versiyası ilə ziddiyyət təşkil edir. DİM-in “Patoloji Anatomiya” dərsliyində açıq çıhrayı yazılmasının heç bir elmi əsası yoxdur. Qaydalara əsasən, eyni mövzu üzrə rəsmi mənbələr arasında fikir ayrılığı olduqda, sual nəticələrə təsir etmədən etibarsız elan edilir.

DİM-in fəaliyyətinə və təşkil etdiyi imtahanlara etibar edən, uzun illər əziyyət çəkərək hazırlaşmış, yüksək bilik və savad nümayiş etdirən iştirakçılar olaraq biz bu müraciəti təkcə bir sual üzərindən deyil, daha ciddi bir prinsipin qorunması məqsədilə edirik”. 

Tələbələr sözügedən problemlə bağlı imtahanın obyektivliyinin və şəffaflığının təmin edilməsi məqsədilə 64 nömrəli test sualının etibarsız hesab edilərək qiymətləndirmədən çıxarılmasını, nəticələrin sual çıxarılmaqla yenidən hesablanması və iştirakçıların xeyrinə tətbiqini tələb ediblər. 

Problemlə bağlı DİM-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, rezidenturaya qəbul imtahanlarında istifadə olunan test tapşırıqları Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin iştirakı ilə hazırlanan və universitetin rəhbərliyi tərəfindən təsdiq olunan rezidenturaya qəbul proqramları əsasında tərtib olunur: “Hər proqramın sonunda test tapşırıqlarının tərtibi zamanı istifadə olunan ədəbiyyat mənbələri göstərilir. Qəbul proqramları ilin əvvəlində 1 və 2 nömrəli “Rezidentura” jurnallarında nəşr olunaraq ictimaiyyətə təqdim edilir. Rezidenturaya qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının ekspertizası prosesində yalnız qəbul proqramlarının sonunda verilən ədəbiyyat mənbələrinə istinad edilir, proqramdan kənar dərslik və vəsaitlər əsas kimi qəbul edilmir. 

Məlumat üçün bildiririk ki, sözügedən test tapşırığı seçim (2 doğru bəndin seçilməsini) tələb edən test tapşırığıdır və çətinlik dərəcəsinə görə mürəkkəbdir. Test tapşırığının Azərbaycan Tibb Universitetinin müvafiq kafedrasının əməkdaşları tərəfindən təkrar ekspertizası aparılıb. Test tapşırığı rezidenturaya qəbul imtahanı proqramlarında namizədlərə təqdim edilmiş ədəbiyyat mənbələrində tam olaraq öz əksini tapıb. Təqdim edilən ədəbiyyat mənbələri arasında bu mövzu ilə əlaqədar ziddiyyətli məlumatlar yoxdur. 
Sözügedən test tapşırığı elmi-metodik və testoloji baxımdan düzgündür”.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyun 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri