Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

“O, yaxşılıq etməyi sevirdi” şəhid Kamal Məmmədovun anası oğlunu xatırlayır

“O, yaxşılıq etməyi sevirdi” şəhid Kamal Məmmədovun anası oğlunu xatırlayır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Balakən, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ailədə dörd uşaq böyüyüb. Onların ən kiçiyi Kamal idi. Tanıyanlar onu ərköyün, dəcəl, eyni zamanda, məğrur və mərd bir uşaq kimi xatırlayırlar. Söz götürməyi sevmirdi, hamıya yaxşılıq etməyə çalışırdı. Vətənə, doğma kəndinə dərin sevgisi ilə seçilirdi. Ailənin kəndin dağlıq hissəsində bağ sahəsi var. Hər yay ailə üzvləri orada qalırdı. Kamal ora gələn qonaqları çaydan keçirir, “Pəri qalası” adlanan tarixi abidəyə aparır, onlara kənd haqqında danışırdı.

Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub. O, Qullar kənd tam orta məktəbində, Balakən şəhəri Humanitar və texniki təmayüllü liseydə, daha sonra isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və robototexnika fakültəsində təhsil alıb. Subay idi.

2020-ci ilin iyulunda Kamal hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

“Yaxşılıq etmək onun içindən gəlirdi”, - deyə şəhidin anası Zümrüd Məmmədova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib.

Məmmədovlar ailəsi müharibəyə iki oğul göndərib. Kamalın qardaşı Amal da könüllü olaraq eyni istiqamətdə döyüşüb. Onlar bir-birindən xəbərsiz Vətənin azadlığı uğrunda vuruşublar.

Zümrüd Məmmədova oğullarının qəhrəmanlığından qürurla danışır: “2020-ci ilin iyulunda Tovuz döyüşlərində general Polad Həşimov şəhid olanda oğullarımın içində düşmənə qarşı nifrət daha da alovlandı. Deyirdilər ki, biz şəhidlərimizin qisasını almalıyıq. Kamalın 22 yaşı əsgərlikdə tamam olmuşdu. Üç ayın əsgəri olsa da, cəsarəti ilə seçilirdi. Bir dəfə zəng edib dedi ki, ana, məni komandir qoyurlar. Mən də dedim ki, bala, sən hələ yenisən. Liderlik ruhu onda uşaqlıqdan var idi”.

Anası Kamalla son dəfə oktyabrın 13-də danışıb: “Dedi ki, Talışdayam, öz torpaqlarımızdayam. Sonra Suqovuşana aparıblar. Qardaşı ilə eyni istiqamətdə idilər, amma bir-birindən xəbər ala bilmirdilər. Hiss edirdik ki, vəziyyət çox ciddidir”.

Oktyabrın 16-da Zümrüd ana qonşu şəhidin üç mərasimində idi. Elə həmin gün o da şəhid xəbərini aldı: “Evə çağırdılar. Dedilər ki, Kamal şəhid olub. Donub qaldım. Qışqırmaq istədim, amma kənd artıq bilirdi... O günləri xatırlamaq çox ağırdır. Fəxr edirəm ki, oğullarım da 30 ildən artıq işğal altında qalan torpaqların azadlığı uğrunda döyüşüblər”.

Şəhid anası gənclərə təvsiyə verir: “Gənclər vətənpərvər olmalıdır. Hara getsələr də, Azərbaycan kimi ölkə yoxdur. Şəhidlik ən uca zirvədir. Vətən varsa, şəhid də olacaq. Şəhid varsa, Vətən yaşayacaq”.

Şəhidin bacısı Ayişə Məmmədova da qardaşını qürurla xatırlayır: “Uşaq vaxtından vətənpərvər idi. Əsgərliyə getməzdən əvvəl tez-tez “Ana, mən şəhid oldum” mahnısını oxuyurdu. Anam əsəbiləşirdi, o isə gülümsəyirdi. Sevdiyi xörəyi yeyəndə “bəlkə, sonuncu dəfədir” deyirdi. Xidmətdə olarkən dostu ona zəng edib “dekabrda diplomumuzu birlikdə alarıq” deyib. Kamal isə cavab verib ki, məni gözləmə. Mən bura şəhid olmağa gəlmişəm. Elə də oldu...”

Vətən müharibəsi şəhidi Kamal Məmmədov Balakən şəhər Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri