Icma.az
close
up
RU
O zabitlər İranın hansı məxfi məlumatını İsrailə ötürüb? ABŞa sığınan şəxslərlə bağlı mühüm detal

O zabitlər İranın hansı məxfi məlumatını İsrailə ötürüb? ABŞa sığınan şəxslərlə bağlı mühüm detal

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

SEPAH-ın Qüds qüvvələrinin 6 yüksək rütbəli zabiti, bir diplomat və 3 iranlı podratçı ABŞ-ın Beyrutdakı səfirliyinə sığındığı barədə məlumatlar yayılıb. Amerika səfirliyinin rəsmisi isə iddia edib ki, briqada generalı rütbəli bu müşavirlərdən biri İran daxilində gizli hərbi yerlər barədə konkret məlumat müqabilində sığınacaq almağa zəmanət istəyib. Lakin bu xəbərin doğru olub-olmadığı təsdiqlənməyib.

Bu real ola bilərmi? Hansı səbəbdən həmin şəxslər ABŞ-a sığınmağa çalışıblar?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, bu xəbərin doğru olması ehtimalı yüksəkdir:

“Son proseslər, xüsusən də Suriyada Əsəd rejiminin devrilməsi sözügedən məsələlərin ortaya çıxmasına zəmin yaradır.

Anar İsayev

Bəşər Əsədin hakimiyyətdə qalmasına iki ölkə İran və Rusiya dəstək olurdu. Suriya ərazisində Rusiyanın iki hərbi bazası var. Hava hücumundan müdafiə və hərbi donanması yerləşirdi. İranın proksi qüvvələri HƏMAS, “Hizbullah” Suriya ərazisində yerləşirdi. 2010-cu ildə Yaxın və Orta Şərqdə “Ərəb baharı” başlayanda bir çox ölkədə hakimiyyət çevrilişi baş verdi. Misirdə Hüsnü Mübarək, Tunisdə Zelnalabdin ben Əli, Liviyada Muammer Qaddafi və s. bu prosesdə devrildi. İraqda Səddam Hüseyin isə daha öncə – 2003-cü ildə devrilmişdi. Suriyada bu halın yaşanmaması, Bəşər Əsədin devrilməməsinin səbəbi də adı çəkilən ölkələrdən verilən dəstək idi”.

Siyasi şərhçinin sözlərinə görə, Qüds qüvvələrinin 6 yüksək rütbəli zabitinin, bir diplomat və 3 iranlı podratçının ABŞ-ın Beyrutdakı səfirliyindən sığınacaq istəməsi təbiidir:

“Bunun bir neçə səbəbi ola bilər. Həmin SEPAH qüvvələrinin ABŞ, yaxud da İsrailə işləyib kəşfiyyat məlumatları verməsi ehtimalı da var. O, şəxslər əməllərinin aşkara çıxacağından qorxduqları üçün təhlükəsizliklərini təmin etmək adına belə bir addım atıblar”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri