Obameyanq Çempionlar Liqasının tarixində bunu bacaran ən yaşlı futbolçu oldu
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Çempionlar Liqasının 2025/26 mövsümünün ikinci turunda "Marsel" öz meydanında "Ayaks"la qarşılaşıb. Sport24.az xəbər verir ki, matç Fransa təmsilçisinin böyükhesablı (4:0) qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Pyer-Emerik Obameyanq qələbədə böyük pay sahibi olub. O, bir qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.
"Opta" analitik portalının məlumatına görə, Obameyanq Çempionlar Liqasında bir matçda üç məhsuldar hərəkəti ilə turnirin tarixində ən yaşlı oyunçu statusu qazanıb. "Arsenal"ın və "Barselona"nın keçmiş forvardı bu nailiyyətə 36 yaş 104 günlüyündə nail olub.
Qeyd edək ki, Obameyanq bu mövsüm bütün turnirlərdə yeddi oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















