Icma.az
close
up
RU
Öcalanın “silahı buraxın” çağırışı: Türkiyə hakimiyyətinin böyük uğuru davamı gələcək

Öcalanın “silahı buraxın” çağırışı: Türkiyə hakimiyyətinin böyük uğuru davamı gələcək

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, PKK terror təşkilatının həbsdəki başçısı Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə "silahı buraxın" çağırışı yer alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, terrorçubaşının müraciətində deyilib ki, bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır:

"Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm".

Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, PKK-nın özünü buraxması istənilən halda Türkiyə hakimiyyətinin böyük uğurudur.

Ekspert bildirib ki, bu hadisə ona İrlandiya Respublikaçı Ordusunun özünü buraxması, silahları yerə qoyması və sivil mübarizəyə keçməsini xatırladır:

"Bu da bir növ həmin tarixin təkrarıdır. PKK rəhbəri Abdullah Öcalan 26 ildir həbsxanadadır. Ola bilər ki, terror təşkilatında əvvəlki gücü, təsir imkanları yoxdur. Amma PKK qurucusunun, liderinin öz silahlı təşkilatını buraxdığını elan etməsi, bütün qruplara "silahı yerə qoyun" çağırışını etməsi çox mühüm addımdır”.

Əhəd Məmmədli: Bəzi Avropa ölkələri də, İran da PKK-nı zaman-zaman dəstəkləyib

Yayılan xəbərlərə görə, PKK-nın Suriya qolu YPG və PYD silahları buraxmağa hazır olduqlarını açıqlayıblar. Müsahibimiz hesab edir ki, bu, Türkiyə iqtidari üçün siyasi müstəvidə ciddi uğurdur:

“Onsuz da PKK-ya türk ordusu ciddi zərbələr vurmaqda idi. Həm ölkə daxilində, həm Suriya və İraqda terrorçular böyük itkilər yaşadılar. PKK öz tarixinin ən ciddi çöküş dövrünü yaşayırdı. Bu siyasəti də prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP iqtidarı həyata keçirirdi. Ümid edirik, bu uğurun davamı da gələcək".

Analitik qeyd edib ki, PKK bir çox xarici dövlətin əlində alət olub:

"İllər boyu müxtəlif dövlətlər PKK-dan Türkiyəyə qarşı istifadə ediblər. Əvvəllər SSRİ tərəfindən idarə olunsa da, sonralar ABŞ və İsrailin "qucağında oturublar". Fransa və Almaniya kimi Avropa ölkələri də, İran da PKK-nı zaman-zaman dəstəkləyib. PKK-nın rəsmən sıradan çıxması həmin dövlətlərin də əlini zəiflədir".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri