Icma.az
close
up
RU
Ödemi azaltmağa kömək edən bitki çayları Hansı daha FAYDALIDIR?

Ödemi azaltmağa kömək edən bitki çayları Hansı daha FAYDALIDIR?

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir.

Xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddindən artıq qəbulunda şişkinlik daha çox hiss olunur. Bəzi bitki çayları orqanizmdə artıq mayenin xaric olunmasına dəstək verə və ödemin azalmasına kömək edə bilər. Təbii tərkibli bəzi çaylar sidikqovucu və həzmi rahatlaşdırıcı təsiri ilə seçilir.

Ən çox istifadə olunan bitki çaylarından biri yaşıl çaydır. Tərkibindəki antioksidantlar və sidikqovucu xüsusiyyətlər sayəsində bədəndə yığılan artıq mayenin atılmasına kömək edə bilər. Gicitkən çayı da xalq təbabətində geniş istifadə olunur. Bu çayın toksinlərin və artıq suyun orqanizmdən xaric edilməsini dəstəklədiyi bildirilir.

Cəfəri çayı təbii ödematıcı təsiri ilə tanınır. Xüsusilə duzlu qidaların çox qəbulundan sonra yaranan şişkinliyin azalmasına kömək etdiyi qeyd olunur. Zəncəfil çayı isə qan dövranını sürətləndirərək həm şişkinliyi, həm də həzm problemlərini azaltmağa dəstək verə bilər. Mütəxəssislərin fikrincə, çobanyastığı çayı da faydalı seçimlərdən biridir. Bu çay həzmi rahatlaşdırır, köp və qarında yaranan şişkinlik hissini azalda bilir. Hibiskus çayı isə bədəndə maye balansının tənzimlənməsinə kömək edən bitki çayları sırasında göstərilir.

Xalq təbabətində uzun illərdir istifadə olunan qarğıdalı saçağı çayı da sidikqovucu təsiri ilə tanınır. Bununla belə, həkimlər bu cür çayların nəzarətsiz və həddindən artıq istifadəsinin düzgün olmadığını vurğulayırlar. Qeyd edilir ki, ödem probleminin tez-tez təkrarlanması və ya uzun müddət davam etməsi bəzi ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Ürək, böyrək və hormonal pozuntular zamanı da bədəndə şişkinlik yarana bilər. Bu səbəbdən davamlı ödem hallarında mütləq həkim müayinəsindən keçmək tövsiyə olunur.

Mütəxəssislər həmçinin bildirirlər ki, bitki çayları ilə yanaşı, kifayət qədər su içmək, duz qəbulunu azaltmaq və aktiv həyat tərzi ödemin qarşısının alınmasına kömək edən əsas amillərdəndir.

///konkret.az///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Oktyabr 2026 05:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri