Icma.az
close
up
RU
Ödənişli ali təhsil alan övlada görə valideyn aliment ödəməlidirmi? Hüquqi rəy

Ödənişli ali təhsil alan övlada görə valideyn aliment ödəməlidirmi? Hüquqi rəy

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycan qanunvericiliyinə görə valideynlərin övladlarına  aliment ödəmə öhdəliyi əsasən uşağın yaşından, təhsil səviyyəsindən və asılılıq vəziyyətindən asılıdır. Bəs  valideyn ali məktəbdə təhsil alan yetkinlik yaşına çatmış (18 yaşdan yuxarı) övladlarına aliment ödəməyə borcludurmu? Azərbaycan qanunvericiliyində bu məsələ necə tənzimlənir? 

Moderator.az-a danışan vəkil Vüsal Cəfərov qeyd edib ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən  valideynlər uşaqlarını saxlamağa borcludurlar. 

Onun sözlərinə görə, ailə qanunvericiliyinə görə aliment uşaq yetkinlik yaşına çatanadək ödənilir:

“Belə ki, Ailə Məcəlləsinin 113.2.1-cü maddəsində göstərilir ki, uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə aliment ödənilməsinə xitam verilir.

Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.

Göründüyü kimi valideyn yetkinlik yaşına çatmış övladına sonuncunun əmək qabiliyyəti olmadığı və eyni zamanda maddi yardıma ehtiyacı olduğu halda aliment ödəyə bilər. Hər iki hal eyni vaxta baş verməlidir”.

Vəkil ödənişli əsaslarla təhsil alan övlada aliment ödənilməlidirmi sualına isə belə aydınlıq gətirib:

“Bu məsələ Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qərarında aydınlaşdırımışdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin I və II hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

Valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır”.

Vəkil sonda əlavə edib ki, Azərbaycan qanunvericiliyində valideynlərin övladlarına aliment öhdəliyi əsasən uşağın yaşından, təhsil səviyyəsindən və maddi asılılıq vəziyyətindən asılıdır. Yetkinlik yaşına çatmış, yəni 18 yaşdan yuxarı övladlar üçün aliment məsələsi daha dəqiq kriteriyalar əsasında müəyyən edilir. Yəni dövlət həm ödənişli, həm də ödənişsiz təhsilə təminat verir. Əgər övlad ödənişsiz əsaslarla təhsil alırsa, valideyn onun təhsili üçün əlavə aliment ödəməyə məcbur deyil. Əgər övlad gələcəkdə ödənişli əsaslarla təhsil almağa qərar verirsə, bu artıq onun şəxsi seçimi sayılır və valideynin bununla bağlı aliment ödəməsi tələb edilmir. Yəni, valideyn yalnız övladın maddi asılılığı davam etdiyi və zəruri təhsil xərcləri mövcud olduğu hallarda aliment ödəməyə borcludur.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:605
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri