Icma.az
close
up
RU
Ödənişli hərəkət zonalarının vətəndaşlara faydası nə olacaq?

Ödənişli hərəkət zonalarının vətəndaşlara faydası nə olacaq?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev müntəzəm sərnişindaşımaların təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, dövlət büdcəsində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılacaq və vəsait hesabına ekoloji təmiz avtobuslarla sərnişindaşıma həyata keçirən daşıyıcılara subsidiya veriləcək. Həmçinin Bakıda ödənişli hərəkət zonalarının yaradılması və daşıyıcılara yeni qaydalarla müqavilələrin bağlanması nəzərdə tutulur.

Bəs görəsən, bu qərarın mahiyyəti nədən ibarətdir? Bu addımlar ölkədə ictimai nəqliyyatın keyfiyyətini və əlçatanlığını artırmağa, xüsusən də marşrut şəbəkəsində mövcud problemlərin həllinə real təsir göstərəcəkmi? Subsidiya mexanizmi daşıyıcıların xidmət səviyyəsinə necə təsir edəcək?

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, mexanizmin tətbiqi çətin deyil və dünyanın müxtəlif ölkələrində bu təcrübələr mövcuddur:

"Avtomobil sahibləri daxil olmaq istədikləri zonaya görə əvvəlcədən ödəniş edəcəklər. Bu, mobil tətbiq vasitəsilə, ödəniş sistemləri və ya SMS vasitəsilə həyata keçirilə bilər. Həmin ödəniş gündəlik, həftəlik, aylıq, hətta daimi paketlər şəklində ola bilər. Əgər ödəniş olunmazsa, kameralar vasitəsilə avtomobilin dövlət nömrə nişanı qeydə alınacaq və sürücü cərimələnəcək".

Ekspertin sözlərinə görə, bu mexanizmdən əldə olunacaq vəsait yeni yaradılacaq İctimai Nəqliyyat Fonduna köçürüləcək:

"Fondun məqsədi ictimai nəqliyyatın maliyyələşdirilməsinə dövlət dəstəyi verməkdir. Bu, həm də dövlətlə daşıyıcılar arasında yeni "brut müqavilə" sisteminin qurulmasına imkan yaradacaq. Yəni daşıyıcı şirkət sərnişinləri vaxtında və keyfiyyətli şəkildə mənzil başına çatdırmağı öhdəsinə götürəcək. Bundan sonra avtobusların iş qrafiki də dövlət tərəfindən tənzimlənəcək".

O qeyd edib ki, hazırda Bakıda 2 300 avtobus fəaliyyət göstərir, lakin tələbat təxminən 2 800 avtobusa bərabərdir:

"Yaxın illərdə bu məsələ də həll ediləcək. Artıq ekoloji cəhətdən təmiz elektrobusların işə salınmasına başlanılıb. Köhnə və yararsız avtobuslar isə dövriyyədən çıxarılacaq. Daşıyıcılar müasir tələblərə cavab verən avtobuslarla xidmət göstərməsələr, onlara subsidiya ayrılmayacaq".

Eldəniz Cəfərov vurğulayıb ki, qarşıdakı üç ay ərzində təkliflər hazırlanacaq və ictimai nəqliyyatda şəffaf, keyfiyyətli və müasir standartlara cavab verən yeni sistemin əsası qoyulacaq:

"Ən çox qazanan isə vətəndaşlarımız olacaqlar. Çünki sərnişinlər daha rahat, təhlükəsiz və vaxtında mənzil başına çata biləcəklər".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri