Ödənişli qəbul oldular, pulsuz oxuyacaqlar
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
2026/2027-ci tədris ili üzrə ali məktəblərdə boş qalan dövlət sifarişli yerlər ödənişli əsaslarla qəbul olunan tələbələrin hesabına doldurulub.
Gununsesi.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunan tələbələr arasında topladıqları ballara əsasən əlavə müsabiqə keçirilib.
Nəticədə bakalavriat səviyyəsində 1870 tələbə dövlət hesabına (ödənişsiz) təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbirlərin görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Tələbələrə həmçinin “Şəxsi kabinet”lərində qeyd etdikləri mobil nömrələr vasitəsilə məlumat verilib.
Bundan əvvəl magistratura səviyyəsində də boş qalan dövlət sifarişli yerlər üzrə əlavə müsabiqə keçirilib və 195 nəfər ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək hüququ qazanıb. Beləliklə, bakalavriat və magistratura üzrə ümumilikdə 2065 tələbə ödənişsiz təhsil almaq imkanı əldə edib.
DİM sədri Məleykə Abbaszadənin sözlərinə görə, hər il müxtəlif səbəblərdən dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır. Bu səbəblərdən biri dövlət sifarişi qazanan bəzi şəxslərin xarici universitetlərdən təqaüd və digər imkanlar əldə edərək təhsillərini xaricdə davam etdirməsidir. Boş qalan yerlərin ödənişli əsaslarla qəbul olunan tələbələr arasında əlavə müsabiqə yolu ilə bölüşdürülməsi həmin yerlərin yenidən tələbələrin təhsilinə yönəldilməsinə imkan verir.
Qeyd edək ki, tələbələr artıq qərarın maliyyə tərəfinin də öz əksini tapdığını bildirirlər. Onların sözlərinə görə, təhsil haqqı üzrə bir ay ərzində ödədikləri məbləğ kart hesablarına geri qaytarılıb. Bununla da ödənişli əsaslarla təhsilə başlayan, lakin sonradan dövlət sifarişli yerlərə keçirilən tələbələr ödədikləri vəsaiti geri almağa başlayıblar.
Xatırladaq ki, 2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbulun əsas mərhələsində 28 108 nəfər dövlət sifarişi, 317 (o cümlədən 58 subbakalavr) nəfər isə dövlət hesabına qəbul olunmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















