Icma.az
close
up
RU
Ofeliya Sənani: Filmdə ən yaddaqalan məqam elə qayınatam oldu

Ofeliya Sənani: Filmdə ən yaddaqalan məqam elə qayınatam oldu

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Radioya mən uşaq yaşlarımdan gəlirdim, uşaq verilişləri oxuyurdum. Sonra başladım işləməyə. Təkcə radioda yox, telekanallarda da səsyazmalara gedirdim, kinoya çəkilirdim. Maraqlıdır ki, hamısına da vaxtım çatırdı".

Bunu Oxu.Az-a videomüsahibəsində tanınmış diktor, uzun illər "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş Xalq artisti Ofeliya Sənani deyib.

84 yaşlı Xalq artisti: "Bu gün də 5-6 yaşındakı uşaqların səsi ilə danışa bilirəm"

Mayın 26-da 84 yaşını tamam edən Ofeliya xanımla videomüsahibədən bəzi hissələri təqdim edirik:

- Ofeliya xanım, özünüzü necə hiss edirsiniz?

- Belə də... Gah uşaq oluram, gah ağlayıram.

- Niyə ağlayırsınız?

- Nə bilim, yaşdır da... Olur belə... (gülümsəyir)

- Ofeliya xanım, ilk olaraq fəaliyyətinizə radiodan başlamısınız, sonra necə oldu ki, televiziyaya keçdiniz?

- Məcburən keçirdilər məni.

- Valid Sənani (həyat yoldaşı - red.) televiziyada işlədiyi üçün keçdiniz?

- Yox, Validə görə yox. Məni məcbur keçirdilər. Nəbi Xəzri keçirdi. Dedi, sən televiziya üçün yaranmısan. Radio üçün olan verilişlərin hansıdırsa, onları saxla, özün keç televiziyaya. Mən də uşaq verilişlərimi saxladım. İndiyə kimi də o verilişlərin səsyazmasına gedirəm. Hər gedəndə dörd, ya beş verilişi birdən səsləndirirəm, hər həftə efirə gedir.

- Ofeliya xanım, bizim nəslin qulağında qalan bir səsiniz var - "Biləyənəm biləyən, bilikləri məndədir..."

- Bəli, bəli. "Əlini ver, dost olaq, mən biləni sən də bil". (gülür) O veriliş elə bu gün də gedir. Adı da dəyişməyib, elə "Biləyən"dir. Onun səsyazmasına böyük məmnuniyyətlə gedirəm. O veriliş yazılanda elə bilirəm ki, mən cavanlaşıram.

- Televiziya fəaliyyətinizə ilk olaraq hansı verilişlə başladınız?

- Elə uşaq verilişləri ilə başladım, sonra isə böyük bayram verilişləri aparmalı oldum. Səhər verilişlərini də aparmışam.

- Ofeliya xanım, siz həm də filmlərə çəkilmisiniz. Sizin qayınatanız bizim Xalq artistimiz Möhsün Sənani olub. Niyə davam etmədiniz filmlərlə?

- Özüm istəmədim. Bildim ki, artıq ayrılmaq vaxtıdır. Hətta o vaxt rəhmətlik Ədil İsgəndərov (Xalq artisti, teatr və kino rejissoru - red.) məni çağırdı otağına və dedi ki, gəl bizimlə işlə, filmlərə səni də çəkək.

Deyirdi, ay Ofeliya, bu səsləndirmə nədir e, danışdın, danışdın, danışdın, nəfəsini üfürdün göyə. Yerdə nə qaldı? Heç nə. Ondansa, gəl otur bizimlə, səsin də qalsın, pensiyan da qalsın, maaş da verək sənə. Pensiyaya çıxana kimi səni filmlərə də çəkək. Mənim sənin istedadına heyfim gəlir. Yaşlı adamam, mənə qulaq as. Amma qulaq asmadım... Çünki işimi sevirdim. Təqaüdə çıxandan sonra da ürəyim gəlmədi ki, gedim kinostudiyada oturum, pensiya da alım, qonorar da... (gülümsəyir)

- Xatirələrinizdə demisiniz ki, Möhsün Sənani, yəni qayınatanız sizin filmlərə çəkilmənizi istəməyib. Əgər siz çəkilmək istəyinizi ona desəydiniz, sizcə, icazə verərdimi çəkilməyə?

- Özü həmin filmə çəkilsəydi, hə. Yoxsa - yox. (gülür)

- "Mücrü" filminə necə çəkildiniz bəs?

- "Mücrü" Gülhüseyn Hüseynoğlunun idi və telefilm idi. Kinostudiyada çəkilmirdi. Adi bir yerdə, bir salonda çəkilmişdi.

- Sizin heç dəyişməyən təbəssümünüz var. Nə ilə bağlıdır, sizcə, bu?

- Ürəklə... Ürək gərək təmiz olsun. (gülür)

- Sizi nə əsəbiləşdirir? Ümumiyyətlə, əsəbiləşə bilirsiniz?

- Yox... Heç əsəbiləşmirəm. Hər şeyə yaxşı baxıram. Çünki hər şeyə əsəbi baxsam, mehribanlıq olmaz.

- Həyat yoldaşınız da çox yumşaq xarakterli insan olub.

- Çox. Həddindən artıq mehriban. O, məni qoymazdı işə gecikməyə. Mən axı kinostudiyaya dublyaja gedirdim. Özü maşınla aparardı, gətirərdi. İnanırsınız, gəlib görürdüm, süfrəmi də qurub. O qədər qayğı göstərirdi ki, elə bil uşağıyam. Valid belə insan idi - alicənab, mehriban.

- Əsasən, hansı məsələlərdə mübahisə edərdiniz?

- Mübahisə? Heç yadıma gəlmir ki, nə vaxtsa onunla mübahisə etmişəm, ya sözümüz düz gəlməyib. Olmayıb belə şey, heç olmayıb. Mən elə bil ki, onun həyat yoldaşı yox, uşağı idim. Elə o məni qoymayıb qocalmağa.

- Ofeliya xanım, "Dağlarda döyüş" filminə də çəkilmisiniz. Necə xatırlayırsınız həmin vaxtları? Ən yaddaqalan nə oldu çəkilişlər zamanı?

- Ən yaddaqalan elə mənim qayınatam oldu. (gülür) Bir səhnə vardı, rəhmətlik Şahmar Ələkbərovla çəkilirdik, "sevgilisi" idim filmdə. Demək, səhnə belə idi ki, dağdan üzüaşağı qaçırıq, o da mənim əlimdən tutub ki, yıxılmayım, birgə qaça bilək. Elə bu vaxt qayınatamın səsini eşitdik. Qışqırırdı ki, qızın əlini burax, "Fərrux", əlindən tutma. "Fərrux" - Şahmarın oynadığı obrazın adı idi. Şahmar yazıq da çaşıb deyir, ay Möhsün müəllim, necə əlindən tutmayım, axı qayalıqdır, qız yıxılar, qolu-qıçı qırılar. Əlindən tuturam ki, rahat düşək də. Qayınatam da qayıtdı ki, hə, yaxşı, yaxşı... (gülür)

- Siz 200-dən çox filmi dublyaj etmişiniz.

- Bəli. Dublyaj özü də filmə çəkilmək kimi bir işdir. Ayaq üstə dayanırsan böyük ekranın qarşısında, oturmursan, ancaq ayaq üstə mətni səsləndirirsən.

- Ofeliya xanım, 84 yaşınız tamam olacaq. Necə bir hissdir qocalmaq?

- Mən hiss eləmirəm ki qocalmağı. (gülür) Mən hələ də bəzi vaxtlar uşaq kimi oluram. Musiqi səsi gələndə bir balaca oynayıram özüm üçün. Nəsə mənə təsir edəndə, ağlamağım gələndə oturub ağlayıram. Hisslərimi gizlətmirəm. Belə də.

- Yəqin ki, həm də darıxırsınız...

- Hələ ki darıxmıram. Çünki səsyazmalarım var. Gedirəm, gəlirəm. Həftədə bir dəfə uşaq səsi ilə veriliş oxuyuram. Heç səsim də dəyişməyib. Bu gün də 5-6 yaşındakı uşaqların səsi ilə danışa bilirəm. (gülür)

- Ofeliya xanım, övladlarınız, nəvələriniz olsa da, tək qalırsınız. Təkliyi hiss edə bilirsiniz?

- Yox, hiss etmirəm. Çünki oğlum hər gün işdən çıxanda mütləq mənə baş çəkir. İstirahət günü də yoldaşı ilə gəlir, otururlar mənimlə, söhbətləşirik. Çıxıram, gəzirəm, tanıyanlar başıma yığışırlar, söhbət edirəm.

- Valid Sənanidən sonra həyatınızda nə dəyişdi?

- Validdən sonra məndə qəmgin, darıxdırıcı həyat başladı. Həvəsdən düşdüm. Hətta ad günlərinə də getmək istəmədim. Yalnız çox yaxın qohum-əqrəbanın ad günlərinə gedirəm. Artıq uzaq və böyük məclislərə getmirəm.

- Ən çox kim üçün və nə üçün darıxırsınız?

- (dalır) Valid üçün... Çox darıxıram onun üçün... Yeri görünür... (kövrəlir)

Daha çox foto burada: Photostock.az

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see120

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri