Icma.az
close
up
RU
Ofsaydda qalmış gələcək: Azərbaycan futbolunun hekayəsi

Ofsaydda qalmış gələcək: Azərbaycan futbolunun hekayəsi

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan futbolunun inkişafı AFFA-nın qapalı idarəetmə mexanizmləri səbəbindən sanki oyundankənar vəziyyətə düşüb. Hər dəfə beynəlxalq arenalarda uğursuzluqla qarşılaşanda yalnız futbolçu və məşqçi çatışmazlıqları müzakirə olunur. Lakin həqiqət budur ki, meydanda baş verənlərin kökü idarəetmədəki problemlərə dayanır. Şəffaflıqdan uzaq, tənqidlərə qapalı bir sistem Azərbaycan futbolunun gələcəyini təhlükə altına qoyur.

Çevrədən kənar olanlara bağlı qapılar

AFFA-nın idarəetmə sistemində şəxsi əlaqələr, əfsus ki, peşəkarlıqdan üstün tutulur. Vəzifələrə təyinatlar "tanışlıq dairəsi" çərçivəsində həyata keçirilir. Bu, yalnız idarəetmə səviyyəsində problemlər yaratmır, həm də Azərbaycan futbolunu dayanıqlı inkişafdan məhrum edir.

AFFA beynəlxalq təcrübəyə malik və yenilikçi yanaşmaları ilə fərqlənən peşəkarları idarəetməyə cəlb etmir. Əvvəllər də, hazırda da yerli mütəxəssislərin futbol idarəçiliyində yer almasına maneələr yaradılır. Xüsusilə müasir metodlarla işləyə bilən yerli məşqçilər və təcrübəli idarəçilər AFFA-nın sistemindən uzaq tutulur ki, bu da inkişaf üçün vacib olan yeniliklərin qarşısını alır.

Tənqidə qapanmaq: İdarəetmənin "avtoqol"u

Tənqid hər bir inkişafın açarıdır. Lakin AFFA fərqli fikirləri qəbul etməkdə çətinlik çəkir. Sistem daxilində yeni yanaşmalar təqdim edənlər ya kənarlaşdırılır, ya da susdurulur. Bu, cəmiyyət arasında AFFA-nın şəffaflığına inamı azaldır və qurumu ictimai dəstəkdən məhrum edir.

Azarkeşlərin itirilmiş inamı

Azarkeşlər futbolun ruhudur. Lakin AFFA-nın idarəetmə sistemində şəffaflığın olmaması azarkeşlər arasında böyük məyusluq yaradır. Sanki futbol yalnız "idarəçilərin oyunu"na çevrilib və azarkeşlərin səsləri eşidilmir. Azərbaycan futbolunun uğursuzluğu yalnız meydanda deyil, tribunadakı boş yerlərdə də öz əksini tapır.

Bir çox azarkeşlər yerli çempionat oyunlarına maraq göstərmir. Bu, yalnız meydandakı oyun keyfiyyəti ilə deyil, yeni rəhbərliyin idarəetmə siyasətinin cəmiyyətdə yaratdığı xəyal qırıqlığı ilə də əlaqədardır.

İctimai nəzarət çatışmazlığı

AFFA-nın qərarları cəmiyyət tərəfindən nəzarət edilmir. Nəticədə qərarların səmərəsizliyi artmaqda davam edir. Məsələn, dövlətin federasiya vasitəsilə futbolun inkişafı üçün klublara, həmçinin klubların nəzdində uşaq futbolunun inkişafına ayırdığı vəsaitlərin istifadəsi ilə bağlı şəffaf hesabat təqdim edilmir. Futbol qərargahımız bəlkə də klublardan hesabat tələb edir, amma ictimaiyyətə detallı açıqlama vermir. Bu, AFFA-nın fəaliyyətinə olan inamı daha da azaldır.

Sadalanan problemlərin doğurduğu nəticələr

AFFA-nın qapalı idarəetmə sistemi Azərbaycan futbolunu dərin problemlərlə üz-üzə qoyur:

Peşəkar kadrların sistemdən kənarda qalması: Yenilikçi mütəxəssislərin rədd edilməsi inkişaf üçün vacib təcrübələrdən məhrum olmağımıza səbəb olur.
Azarkeş dəstəyinin azalması: İdarəetmə ilə bağlı problemlər azarkeşlərin futbola marağını itirməsinə gətirib çıxarır.

Həll yolları: Şəffaf və yenilikçi idarəetmə

AFFA-nın idarəetməsini yenidən qurmaq və futbolu "qapalı qapılar"dan azad etmək üçün aşağıdakı addımlar atılmalıdır:

İctimai nəzarət mexanizmi: AFFA-nın fəaliyyəti və qərarları ictimaiyyətin nəzarətinə açıq olmalıdır.
Şəffaf kadr siyasəti: Rəhbər vəzifələrə təyinatlar şəxsi əlaqələrə deyil, peşəkarlığa əsaslanmalıdır.
Azarkeş rəyi: Futbol cəmiyyət üçün oynanılır. Azarkeşlərin rəyini dinləmək və bu rəylərə uyğun siyasət yürütmək zəruridir.
Yenilikçi yanaşmalar: Beynəlxalq təcrübəyə malik kadrların sistemə cəlb edilməsi Azərbaycan futbolunun inkişafına mühüm töhfə verə bilər, lakin onların işinə nəzarət yerli, təcrübəli kadrlara həvalə olunmalıdır.

Son söz: İtirilmiş mövqeni geri qazanmaq

Azərbaycan futbolu bu gün oyundankənar vəziyyətdədir. AFFA-nın qapalı idarəetmə yanaşması yalnız futboldakı uğursuzluqların deyil, eyni zamanda cəmiyyətin futbola olan inamının itirilməsinin əsas səbəbidir. Bu vəziyyəti dəyişmək mümkündür, lakin bunun üçün AFFA idarəetmə sükanını açıq və yenilikçi yola yönəltməlidir. Futbol meydandan əvvəl idarəetmə masasında düzgün qərarlarla başlayır.

Azərbaycan futbolu yalnız meydanda deyil, həm də qəlblərdə qalib gəlmək üçün yenidən doğulmalı, azarkeşlərin sönən ümidlərini alovlandıracaq bir eşq və birlik hekayəsinə çevrilməlidir.

Əli Sahib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://fanat.az
archiveBu xəbər 14 Dekabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri