Icma.az
close
up
RU
“Ögey ana” yaxşı filmdir, yoxsa təbliğat? Orxan Saffari yazır…

“Ögey ana” yaxşı filmdir, yoxsa təbliğat? Orxan Saffari yazır…

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klassik filmlərimizin içində, sözsüz, yaxşı filmlər çoxdur. Ancaq bu filmlərin demək olar, aşağı-yuxarı hamısı birmənalı şəkildə tənqid, ən yaxşı halda isə təhlil edilməli, zəif cəhətləri göstərilməlidir. Çün, eyni zamanda təbii səbəblərdən dolayı bir filmin rejim diktəsi altında çəkilməsi, yaxud bir əsərin rejimin siyasi qaydalarına uyğun yazılması həmin əsərlərin yaxşılığına şübhə sala bilir.

Məsələn, ən məşhur, elə həm də yaxşı filmlərimizdən olan “Ögey ana” filmi kimi.

Nədir “Ögey ana” filminin mənfi cəhətləri?

Çatışmazlıqlar varmı?

Sovet rejiminin təsiri bu filmdən yan keçə bilibmi?

Sonda deyiləni əvvəldə deməkdə fayda var:

“Ögey ana” filmi, bütün tərəfləri ilə birgə rejimin mahiyyətini, yəni, insanların şəxsi duyğularını, düşüncələrini yox, nizam-intizamı, ailə birliyini, siyasi qaydaları, əvvəlcədən müəyyən edilmiş həyat şərtlərini ehtiva edir. Burada heç bir fərqli təqdimata, xüsusi bir məsələnin deyilməyinə ehtiyac duyulmur.

Bir sözlə, filmin bu baxımdan heç bir özəlliyi yoxdur. Daha dəqiq, digər filmlərimizin bir çoxu kimi, “Ögey ana” filmi də klassik Sovet romantizmi, melodramasıdır.

Doğrudur, bu film ailə institutunu qorumağa hesablansa da, ancaq bəşəri, insani hissləri özündən arındırır, heç bir alternativ təqdim etmir.

Məsələn, əksər hallarda, yəni, reallıqda ögey analar tamamilə fərqli olsa da, filmdə bu, birmənalı olaraq “Mələk” obrazında göstərilir. Bu, eyni zamanda ailədə əsas birləşdirici funksiyanın qadın olmalı olduğuna işarə edir. Bəs necə? Əlbəttə, ata obrazının ana obrazına nisbətdə daha zəif verilməsi ilə.

Üstəlik, filmdə ana obrazı həddən-ziyadə şişirdilib. Sanki hər kəsdə və hər yerdə belədir. Ögey ana az qala doğma anadan daha yaxşı göstərilir. Məsələn, o heç vaxt bezmir, uşağın bütün travmlarını sağaldır, dünyanın ən mehriban insanı belə olur. Ki, adamın doğma anası belə bu cür olmur. Bu da məsələnin başqa bir dərdli tərəfidir.

Reak həyatda belə bir ana nə qədər mehriban olur olsun, bu şəkildə qabarıq ola bilməsi mümkün deyil. Belə demək olarsa, ana obrazı bu filmdə robotdur, başqa dünyanın adamıdır. Əsəbiləşmək, bezmək, yorulmaq-hamısı bu insandan kənardır, onun tək amalı var, o da sevgi, sevgi ilə hər şeyin yaxşı olacağına inanmaq və sonda da buna çatmaq.

Digər tərəfdən, “Ögey ana” ya uyğunlaşmaq, həm də uşaq yaşında və o cür ağır travma ilə-bu qədər asan olmamalıdır. Fəqət bu filmdə uşağın travmalarına melodrama qatılaraq üstündən keçilir, əsas xətt yenidən ideoloji təsvirə, ailə modelinə yönəlir.

İdeloji təbliğat məqamları filmin bədii hissəsindən daha yaxşı və çoxdur.

Sözügedən filmdə ən böyük zərbə uşağa-İsmayıla, daha dəqiq, ümumi uşaqlıq adına zərbə vurur. Filmdə İsmayılın timsalında uşaqlara “Nə deyilsə, odur”, “Sevməyə məcbursan” kimi düşüncələr aşılanır. İsmayılın timsalında uşaqların psixi-mənəvi dünyası nəzərə alınmır, əsas böyüklərdir deyilir. Dolayısı ilə kollektiv rifah şəxsi seçim, düşüncə məsələlərinə yer vermir. Hər şey pis olsa da, yaxşı olmalıdır deyir, məcburi qəbullanmağı, sonda onsuz da belə olacaq təfəkkürünü aşılayır.

Xülasə, belə də demək olar:

“Bu film tamaşaçını heç bir şəkildə düşündürmür, klassik sistem tövsiyyəsi verir, heç bir əhəmiyyətli mesajı yoxdur”.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Avqust 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri