Icma.az
close
up
RU
“Oğlan tələbələrə buna görə kirayə mənzil verilmir...” Təhsil eksperti

“Oğlan tələbələrə buna görə kirayə mənzil verilmir...” Təhsil eksperti

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər isə universitetə qəbul olan övladları üçün həmin şəhərlərdə kirayə ev axtarışına çıxıblar. Oğlan tələbələrin valideynləri isə qız tələbələrlə müqayisədə kirayə ev tapmaqda çətinlik çəkirlər. Bir sözlə, mənzil sahibləri oğlanlara evlərini kirayə vermək istəmirlər.

Məsələylə bağlı Adalet.az-a danışan təhsil üzrə ekspert Məzahir Məmmədli bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir neçəsi istisna olmaqla, demək olar yerdə qalanlarının heç bir birisinin konfuslu yataqxana şəraiti yoxdur. 

Onun  sözlərinə görə, bir vaxtlar Azərbaycanda fəaliyyət göstərən məsələn, Texniki Universitetin, Bakı Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin, İnşaat Mühəndisləri Universitetinin, Pedaqoji Universitetin böyük tələbə şəhərcikləri var idi:

“Bu şəhərciklər məcburi köçkünlər Bakıya gələndən sonra zəbt olundu və dövlət bu məsələyə loyal yanaşdı ki, yəni onların məskunlaşması ilə bağlı bir proqram, plan yox idi. Ancaq məsələ burasındadır ki, artıq bir neçə ildir o yataqxanalarda məskunlaşan məcburi köçkünlər öz doğulduqları dədə-baba yurdlarına qayıdırlar. Məsələn, Bakı Dövlət Universitetinin tələbə şəhərciyi 10 ildir ki, boşaldılıb. Köhnə yataqxana söküldü amma hələ ki, orda planlı, sistemli yataqxana tikilmədi. Məsələn, Pedaqoji Universitetin böyük bir tələbə şəhərciyi var və orda bir neçə korpus boşalmaq üzrədir. Yaxşı olar ki, orda təmir işləri aparılsa, xeyli tələbəni orda yerləşdirmək olar. Yəni faktiki olaraq bu gün tələbələr tələbə yataqxanaları olmadığına görə çox ciddi əziyyət çəkirlər. Hələ ki, bu sahədə müəyyən qədər tələbələrin problemlərini qarşılayan Azərbaycan Aqrar Universiteti və Bakı Ali Neft Məktəbidir. Lənkəran Dövlət Universitetində bir qədər yer ayrılıb, çünki orda qızlar üçün yeni korpus tikilib. Amma bu da hələ problemi həll etmir. Yerdə qalan universistelərin hər birinin 150-200 tələbəni yerləşdirmək imkanları var. Bu gün Bakı Dövlət və Pedaqoji Universitetin 20 mindən artıq tələbəsi var, amma təəssüflər olsun ki, yataqxana ilə bağlı problemləri yaşamaqdadırlar”. 

Ekspert bildirib ki, Texniki, Neft və Sənaye, İnşaat Mühəndisləri Universitetinin tələbə şəhərcikləri olduğu halda eyni vəziyyəti yaşayırlar:

“Azərbaycan Dillər Universitetinin qızlar yataqxanası hələ ki, universitetin balansındadır. Amma digərlərində məcburi köçkünlər məskunlaşıblar. Yəni bu kimi problemlərin həlli üçün yəqin ki, dövlət proqramı lazımdır. Dövlət proqramı olmadan universitetlər həmin problemləri həll etmək gücündə deyillər”. 

M.Məmmədlinin fikrincə, oğlan tələbələri kirayə ev məsələsi çox ciddi problemdir:

“Artıq neçə illərdir ki, bu istiqamətdə müəyyən narazılıqlar ifadə olunur. Ancaq təəssüf ki, həlli istiqamətində heç bir addım atılmayıb. Bildirilib ki, kirayə bazarında ancaq ailəlilər və qız tələbələr üçün kirayə ev imkanları var. Oğlan tələbələrə ona görə kirayə mənzil vermirlər ki, bir neçə tələbə bir evdə qalanda artıq qonşulardan narazılıq gəlir. Ona görə də ev sahibları bu kimi problemlər yaşamamaq üçün bəri başdan oğlan tələbələri kirayəyə almırlar. Hesab edirəm ki, bu barədə ciddi düşünülməlidir. Kimin qohum-əqrəbası varsa, orda məskunlaşa bilir, amma digər oğlan tələbələr var ki, kirayə ev tapmaqda ciddi çətinlik çəkirlər. Yəqin ki, dövlət bu məsələylə bağlı ciddi ya bir proqram hazırlamalıdır, ya da ki, universitetlərin kompuslarının formalaşması üçün müəyyən maliyyələr ayırmalıdır”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Sentyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri