Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Oğluma heç heçə təklif etdilər, razı olmadı 14 yaşlı dünya çempionunun anası

Oğluma heç heçə təklif etdilər, razı olmadı 14 yaşlı dünya çempionunun anası

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Oğluma heç-heçə təklif etdilər, razı olmadı" - 14 yaşlı dünya çempionunun anası

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycanın gənc və yeniyetmə şahmatçılarının son illərdə qazandığı uğurlar artıq ölkəmizin bu idman növü üzrə daim istedaflı şəxslər ortaya çıxardığını deməyə imkan verir. 

Həmin istedadlı şahmatçılardan biri də Xaqan Əhməddir. Cəmi 14 yaşı olan Xaqan iyunun 27-də İtaliyanın Montesilvano şəhərində 16 yaşadək şahmatçılar arasında dünya çempionu olmağı bacarıb. Üstəlik onun uğurları bununla bitmir. 

Xaqan daha əvvəl 2 dəfə Avropa çempionu, 1 dəfə dünya çempionatının bürünc mükafatçısı olub. O, həmçinin 12 yaşında beynəlxalq usta adına yiyələnib. 

Bugünkü həmsöhbətimiz isə Xaqan Əhmədin anası Kifayət Əhmədovadır. 

- Əvvəlcə sizi oğlunuz Xaqan Əhmədin dünya çempionu olması münasibəti ilə təbrik edirik. Söhbətimizə Xaqanın şahmata gəlişindən başlayaq. Bu idman növünə marağı necə yaranıb? 

⁠- Xaqanın şahmata gəlişi 4 yaşında olub. Biz böyük oğlumun şahmatla məşğul olmasına daha çox nəzarət edirdik. O, Xaqandan 3 yaş böyükdür. Bir çox yerdə Xaqanın 15 yaşı olduğunu yazırlar. Amma bu, doğru deyil. Onun 14 yaşı var. Ümumiyyətlə, idmanda yaşın önəmi çox böyükdür. Xüsusilə də şahmatda. Biz nəzər yetirdik ki, Xaqan 4 yaşında artıq kompüterdə şahmat gedişləri etməyə başlayıb. Halbuki biz heç onu şahmata cəlb etməmişdik. Böyük oğlumla məşğul olurduq. Beləliklə, gördük ki, Xaqanın şahmata həvəsi, istedadı var, onu da cəlb etdik. 

- İndiyədək qazandığı hansı uğurları xüsusi vurğulayarsınız? 

- Xaqan həmişə özünü doğruldub. Bilirsiniz ki, idmanda yol çox enişli-yoxuşlu olur. Heç vaxt stabillik olmur. Amma həmişə nailiyyətlərimiz olub. Xaqan hər bir yaş dövründə uğur qazanıb. 6 yaşında 10 yaşlılar arasında Respublika Şahmat Olimpiadasının qalibi olmuşdu. Sonra artıq xaricə getməyə başladıq. İlk dəfə Avropa çempionatında 2-ci yeri tutdu, 1 il sonra isə 12 yaşlılar arasında qızıl medal qazandı. Xaqan ötən il 14 yaşlılar arasında Avropa çempionu oldu, dünya çempionatında 3-cü yeri tutdu. O, ümumiyyətlə çoxlu beynəlxalq yarışlarda iştirak edib. Qeyd etdiklərim isə sırf medalla bağlı olan yarışlardır. Azərbaycanda ən çox iştirak etdiyi yarış kişilər arasında çempionatdır. Çünki artıq reytinqi buna imkan verir. Xaqan 12 yaşında beynəlxalq usta oldu. Buna görə deyirəm ki, şahmatda yaş məsələsi çox vacibdir. Hətta günün, ayın belə önəmi var. Xaqandan başqa 12 yaşında beynəlxalq usta olmağı bacaran yalnız bir nəfər var, o da Teymur Rəcəbovdur. 

- Yaşının az olması Xaqana xarici ölkələrdəki yarışlarda adaptasiya və dil baxımdan problem yaradıbmı? 

- Xaqan yaşının az olmasına baxmayaraq, həmişə xoş hiss bağışlayıb. Təşkilatçılar ona daim nəzər yetiriblər. Oğlumun dil barieri yoxdur. Həm ingilis, həm rus dilində səlis danışır. Xaqanın demək olar ki, dünyanın bütün ölkələrindən dostu var. Çox ünsiyyətcil uşaqdır. 

- Xaqanın son uğuru - dünya çempionluğu kifayət qədər səs gətirdi. Təəssüratlarınız necədir? 

- Dünya çempionatı həmişə çox gərgin keçir. Çünki 11 partiyadır. Arada 1 gün istirahət var. O qədər stress, gərginlik yaşanır ki… İlk qarşılaşmalarda daha çox asan rəqiblər olur. Xaqan bu il favorit deyildi. Siyahıda 4-cü idi. Yəni, ondan daha yaxşı reytinqə malik uşaqlar da var idi. 10-cu partiyadan sonra Xaqan 1 xal öndə idi. Ona görə də 11-ci partiyada heç-heçə də sərf edirdi. 

- Bəs yarışın ən gərgin görüşü hansı idi? 

- Ən gərgin qarşılaşma elə  elə 11-ci partiyada oldu. Xaqan qarşısına məqsəd qoymuşdu ki, rusiyalı rəqibinə qalib gələcək. Görüş 5 saatdan çox davam etdi. Mən də bir ana kimi dua edirdim. Şiqlov Xaqana heç-heçə təklif edib, oğlum isə razılıq verməyib. Daha sonra Xaqan qalib gəldi. Xaqanın dünya çempionu olduğu gün mənim doğum günüm idi. Bu, mənim həyatımın ən böyük hədiyyəsi oldu. 

- Xaqanın ən böyük arzusu nədir? 

- Oğlumun ən böyük arzusu ilk növbədə böyüklərin siyahısında “100”lüyə, daha sonra “20”liyə və nəhayət “10-luğ”a düşməkdir. Əlbəttə ki, bunun üçün əzmkarlıq, çalışmaq və çox böyük məbləğdə vəsait lazımdır. Bilirsiniz ki, şahmat çox sərmayə aparan idman növüdür. Oğlumun arzusu tez bir zamanda qrossmeyster titulunu qazanmaqdır. Qarşıda hələ çox iş var.

- Bəs onun kumiri kimdir? 

- Xaqan yerli şahmatçılardan ən çox Şəhriyar Məmmədyarovun oyun üslubunu bəyənir. Çünki aktiv oyunçudur. Xaqan da belədir. Fabiano Karuananı, Hikaru Nakamuranı çox bəyənir. Xaqan rapid növü üzrə Londonda Nakamuraya qalib gəlmişdi.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 İyul 2026 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri