Oğluma inamım böyükdür Yeni təyin olunan nazirin alim ATASI
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm. Görən kimi zəng eləyib təbrik etdim. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm".
Turkustan.az xəbər verir ki, bu sözləri Kulis.az-a açıqlamasında filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev deyib. O, bildirib ki, oğlunun nazir təyin ediləcəyinə inamı var idi.
"Anar Sahil Babayev nazir təyin ediləndən sonra nazir müavini təyin edilmişdi. Onlar birlikdə böyük işlər görə bildilər. İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu heç də asan deyil, amma oğluma inamım böyükdür".
Qeyd edək ki, 2018-ci ildən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışan Anar Əliyev fevralın 7-si Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Baxış sayı:79
Bu xəbər 07 Fevral 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















