Oğlunun şəhid olduğu gün vəfat etdi FOTO
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Biləsuvarda şəhid anası vəfat edib.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Nərimankənd kənd sakini, şəhid gizir Pərvin Əliyevin anası Rəfiqə Əliyeva oğlunun şəhid olduğu gündə, dünən axşam saatlarında dünyasını dəyişib.
Azərbaycan Ordusunun giziri olmuş Pərvin Səlahəddin oğlu Əliyev 15 mart 1981-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. O, 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Avqustun 2-də doğulduğu Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Pərvin Əliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Ailəli idi, iki övladı yadigar qalıb.
Qeyd edək ki, şəhid anası sakini olduğu kənddə pedaqoji fəaliyyətlə məşğul olmuş təqaüdçü müəllim idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 Avqust 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















