Oğurladığı məhsulları sosial şəbəkədə paylaşan fenomen həbs olundu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Floridada yaşayan 300 mindən çox izləyicisi olan 22 yaşlı TikTok fenomeni Marlena Velez mağazadan oğurladığı məhsulları sosial şəbəkədə paylaşdıqdan sonra həbs edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, özünə xidmət qeydiyyatında saxta ştrix koddan istifadə edərək 500 dollarlıq məhsul oğurlayıb.
Onun oğurluq günü çəkdiyi video və geyindiyi paltar təhlükəsizlik kamerasının görüntüləri ilə üst-üstə düşüb və iki uşaq anası olan Velez izləyicilərindən birinin polisə xəbər verməsi ilə yaxalanıb.
Araşdırmalardan sonra 500 dollar dəyərində məişət əşyaları və geyim də daxil olmaqla ümumilikdə 16 əşyanın oğurlandığı bildirib.
Velezin kriminal keçmişi də üzə çıxıb. O, 2019-cu ildə 17 yaşında olarkən dostunun avtomobilini oğurlayıb qəzaya uğratdığına görə, 2023-cü ilin iyulunda isə Valmartdan oğurluq etdiyinə görə həbs edilib. O, sonuncu dəfə oğurluğa görə altı ay şərti cəza alıb.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















