Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Oğuz melioratorlarının qayğıları artıb

Oğuz melioratorlarının qayğıları artıb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin (SMSİİ) kollektivi bu ilin əvvəlindən rayonun yaşayış məntəqələri və əkin sahələrinin sel və daşqınlardan mühafizəsi, əhalinin suvarma və içməli suya olan tələbatının təmin edilməsi, həmçinin su təsərrüfatı infrastrukturunun istismar vəziyyətinin yaxşılaşdırılması üçün tam qüvvəsi ilə çalışır. İdarənin rəisi Mehman Mikayılov bu barədə məlumat verdi:

– Bu il avqustun 16-da rayon ərazisində yağan güclü yağışlar nəticəsində Qalaçay, Türyançay və Nazar caylarıında suyun səviyyəsi kəskin yüksəlmiş, nəticədə Qala çayının sol sahilində, Filfilli kəndi ərazisində yerləşən Çibinlik su mənbəyi, Yəmşənli, Dəymədərə və Padar kəndləri, çayın sağ sahilində yerləşən Xacmaz kəndi və “Aqroinkişaf – 2017” MMC-yə məxsus qoz bagı, Türyan çayının sag sahilində yerləşən Mollalı kəndi, eləcə də Nazar cayının sağ və sol sahilində yerləşən Mollalı, Xacmaz-qışlaq kəndlərinin yaşayış və əkin sahələri üçün ciddi təhlükə yaranmışdı.

Mümkün fəsadların aradan qaldırılması məqsədilə həmin gün gecə saatlarında idarənin balansında olan texnika çay ərazilərinə cəlb edilib, suyun hərəkətinə mane olan əngəllər aradan qaldırılıb, bununla da təhlükənin qarşısı alınıb. Ümumilikdə, yaşayış məntəqələrinin, əkin sahələrinin və su təsərrüfatı obyektlərinin sel və daşqın təhlükəsindən mühafizəsi, eləcə də baş verə biləcək fəsadların qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Mikayıl müəllim sonra bildirdi ki, 2026-cı ilin 9 ayı ərzində rayon ərazisindən keçən çayların məcralarında idarənin balansında olan texnikalardan istifadə edilməklə, 60,1 kilometr uzunluğunda, ümumilikdə, 486,8 min kub metr həcmində tənzimləmə işləri aparılıb. Kənd təsərrüfatı bitkilərinin vaxtında suvarılmasını təmin etmək və su itkisinin qarşısını almaq məqsədilə kanal və arxlarda 106 kilometr uzunluğunda, ümumilikdə, 84,9 min kubmetr həcmində lildən təmizləmə işləri görülüb. Cari ildə su ayrıcından kənd təsərrufatı bitkilərinin suvarılması məqsədilə kifayət qədər suvarma suyu verilib.

2026-cı il üzrə istismar-təmir tədbirləri planına uyğun olaraq, Qala çayının sol sahilində Xaçmaz kəndinin mühafizəsini təmin edən daş-beton bənddə 200 kubmetr həcmində, Daşağıllı çayının sol sahilində isə Bucaq və Muxas kəndlərinin əkin sahələrinin, eləcə də asfalt zavodunun mühafizəsi məqsədilə qəzalı vəziyyətə düşmüş daş-beton bənddə 100 kubmetr həcmində cari təmir işləri aparılıb.

İdarənin əsaslı təmir tədbirləri çərçivəsində tenderin qalibi olmuş podratçı təşkilat tərəfindən idarənin balansında olan Həsənbəy kanalında 1,6 kilometr uzunluğunda beton üzlük çəkilib.

Bununla yanaşı, Qala çayının sağ və sol sahillərində Filfilli kəndinin və Çibinlik su mənbəyinin mühafizəsi məqsədilə mühafizə divarlarının tikintisinə başlanılıb. Hazırda 300 poqonmetr məsafədə beton işləri tamamlanmış, növbəti 300 poqonmetr məsafədə isə tikinti işləri davam etdirilir.

Oğuz SMSİİ-nin artezian və subartezian quyuları sahəsi tərəfindən bu ilin 9 ayı ərzində 19 ədəd subartezian quyusunda cari təmir, 2 subartezian quyusunda abadlıq işləri aparılıb, 4 nasos aqreqatı təmir edilib. Həmçinin 4 subartezian quyusuna yeni nasos quraşdırılıb. İlin sonunadək daha 2 subartezian quyusunda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.

Mehman Mikayılovun sözlərinə görə, idarə hazırda 6 min 993 əhali və 355 qeyri-əhali istehlakçısı olmaqla, ümumilikdə 7 min 348 abonentə xidmət göstərir. İlin əvvəlindən rayon əhalisinə 643 min 457 kubmetr, idarə və müəssisələrə isə 54 min 897 kubmetr olmaqla, ümumilikdə, 698 min 354 kubmetr içməli su verilib. Eyni dövrdə əhali istehlakçılarına 217 min 337 kubmetr, idarə və müəssisələrə isə 188 min 186 kubmetr olmaqla, ümumilikdə, 405 min 523 kubmetr həcmində kanalizasiya xidməti göstərilib. Xidmət üzrə ödəniş səviyyəsi 99 faiz təşkil edib.

Oğuz şəhəri, Səməd Vurğun küçəsində yerləşən laboratoriya binasında içməli suyun əsas keyfiyyət göstəricilərinə mütəmadi nəzarət edilib. Eyni zamanda, əhalinin bakterial mənşəli xəstəliklərdən qorunması məqsədilə içməli suyun normativ tələblərə uyğun qaydada xlorlanması təmin edilib.

Ekoloji tarazlığın qorunması məqsədilə rayon ərazisində formalaşan tullantı suları Bayan kəndində yerləşən Tullantı Su Təmizləyici Qurğular Kompleksində təmizlənərək Əlican çayına axıdılır. Axıdılan suların tərkibinə qurğuda fəaliyyət göstərən kimyəvi-bakterioloji laboratoriya tərəfindən Ekologiya Nazirliyi ilə razılaşdırılmış qrafikə uyğun olaraq nəzarət edilir.

2026-cı ilin əvvəlindən bugünə kimi su təchizatı şəbəkəsində 183, kanalizasiya şəbəkəsində isə 22 qəza hadisəsi qeydə alınıb. Baş vermiş qəzaların hamısı operativ şəkildə aradan qaldırılıb. Bundan başqa, texniki şərtlər əsasında əhali istehlakçıları üzrə 52, qeyri-əhali istehlakçıları üzrə isə 1 olmaqla, ümumilikdə, 53 istehlakçının içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi həyata keçirilib.

İdarənin rəisi sonda əminliklə vurğuladı ki, Oğuz SMSİİ-nin kollektivi bundan sonra da öz üzərinə düşən vəzifələri operativ şəkildə və məsuliyyət hissilə yerinə yetirmək əzmindədir.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri