Oğuzun Mollalı kənd sakinləri sel təhlükəsi ilə üz üzə: 45 ailəyə ziyan dəyib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Oğuzun Mollalı kənd sakinləri hər il yaz və payız aylarında güclü yağışlar zamanı Türyançay çayına gələn sel nəticəsində ciddi ziyanla üzləşdiklərini bildirirlər.
Onlar qeyd edirlər ki, çayın kəndə yaxın olan hissəsində daş-beton bənd olmadığından sel suları həyətyanı sahələrə, təsərrüfatlara və yollara ziyan vurur.
"Keçənilki sel daha dəhşətli idi, 45 ailəyə ziyan vurub. Yaxınlıqdakı balıqçılıq təsərrüfatı da məhv oldu. Məhsullarımızı sel apardı. Həyətlərə dolan lili çətinliklə təmizlətmişik. Bir də sel gəlsə, daş ütündə daş qalmayacaq", - deyə kənd sakinləri narazılıq bildiriblər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oğuzun Mollalı kənd sakinləri sel təhlükəsi ilə üz-üzə: "45 ailəyə ziyan dəyib"
Baxış sayı:83
Bu xəbər 04 Fevral 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















