Icma.az
close
up
RU
Okan Burukdan Osimhen, İkardi və Ziyeş açıqlaması

Okan Burukdan Osimhen, İkardi və Ziyeş açıqlaması

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalatasaray”in baş məşqçisi Okan Buruk qısa müddət ərzində Türkiyədə adından söz etdirən Viktor Osimhen və zədə üzündən mövsümü başa vuran Mauro İkardi haqda açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis komandanın digər ulduzu Hakim Ziyeşin ayrılmağa yaxın olduğuna da işarə vurub:

“Osimheni məşqçilərin 80-90 faizi öz komandasında görmək istəyər. Onu transfer etmək fürsətimiz yaranan kimi düşünmədən razılıq verdim. Beynimdə “3 hücumçumuz ola-ola necə oynayacağıq”, “ehtiyatda qalan inciyəcəkmi” kimi şübhələr olmadı. Bilirdim ki, fərqli sistemlərdən istifadə edərək hər birinə şans verəcəm. Zaman göstərdi ki, çox doğru qərar verdik. Osimhen bura gözlədiyimizdən də tez uyğunlaşdı. Çox düzgün xarakteri var və komanda üçün meydanda əlindən gələni edir. Bu kollektivdə olmağı sevir. Təkbətək çıxanda boş olan komanda yoldaşına ötürmə verməkdən çəkinmir. Bir mərkəz hücumçusunun bu dərəcədə komanda oyunçusu olması nadir görünən bir şeydi. Bizdə icarə əsasında oynasa da, mövsümün sonuna qədər bizimlə müqaviləsi var. Burda xoşbəxtdi və zatən qalmaq istədiyini özü də dəfələrlə deyib. Qış fasiləsində qətiyyən ayrılmaq fikri yoxdu. Bu məsələni bu qədər tez-tez gündəmə gətirib onun üzərində təzyiq yaratmağa ehtiyac yoxdu. Biz təbii ki, onu daimi əsasda almaq istərdik. Bunu rəhbərlik də dəfələrlə söyləyib. Amma bu mövzuda danışmaq üçün hələ çox tezdi. Dəqiq olan bir şey var ki, Osimhen ikinci dövrəni də bizimlə keçirəcək. İkardinin yoxluğunu hər birimiz hiss edirik. Komandamız üçün önəmli isimdi. Amma şanssız bir zədə ilə üzləşdi və onun sağalmasını gözləmək məcburiyyətindəyik. İyunun əvvəllərində zədəsinin 6-cı ayını tamamlayacaq. İlkin ehtimallara görə 6-8 aylığa sıradan çıxıb. Bir qədər gözləməliyik. Müqaviləsinin dondurulması ilə bağlı qərar verməmişik. Amma qış transfer dönəminin sonuna yaxın əlimizdəki legioner limitinə, eləcə də avrokubokların iştirak ərizəsindəki limitə baxıb qərar verəcəyik. Təbii ki, tibbi personalımızla da məsləhətləşəcəyik. Hakim Ziyeş ilə onun durumu barədə söhbətimiz oldu. Rəqibləri Yunus Akgün, Barış Alpər Yılmaz və Şallaidi. Hər biri də yaxşı formadadı. Az oynamasından gileyləndi. Böyük ehtimalla “transfer pəncərəsi” açılandan sonra başqa klublarla danışıqlara başlayacaq. Ziyeş dünya səviyyəli futbolçudu. Belə futbolçular ehtiyatda qalarkən onların “bədən dili” bəzən heç də yaxşı olmur. Narazılığını açıq şəkildə biruzə verənlər də olur. Dəqiq olan bir şey var ki, Ziyeş az oynamasından narazıdı və “Qalatasaray”dan ayrılmağa yaxındı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Yanvar 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri