Icma.az
close
up
RU
Okeanın ortasında virus xəbərdarlığı Təhlükə nə qədər böyükdür?

Okeanın ortasında virus xəbərdarlığı Təhlükə nə qədər böyükdür?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar günü açıqlamasında Atlantik okeanında hərəkət edən bir sərnişin gəmisində şübhəli hantavirus epidemiyası qeydə alındığını, üç nəfərin həyatını itirdiyini və ən azı daha üç nəfərin xəstə olduğunu bildirib. Hadisə qlobal narahatlığa səbəb olub. Gəmidə olanların sahilə çıxmasına icazə verilmir, mütəxəssislər vəziyyəti "olduqca qeyri-adi” kimi qiymətləndirir.

Qaynarinfo xəbər verir ki, "Oceanwide Expeditions" şirkətinin məlumatına görə, "MV Hondius" adlı gəmidə ölən üç nəfər sərnişin olub. Gəminin hazırda Qərbi Afrika sahillərində yerləşən Kape Verde ölkəsinin paytaxtı Praia limanında lövbər saldığı bildirilir.

Kape Verde rəsmiləri bazar günü gecə saat 23:00-dan etibarən sərnişinlərin tibbi yardım üçün sahilə çıxmasına icazə verməyib.

Hantavirus nədir?

Hantavirus bəzi hallarda "hantavirus pulmonar sindromu” adlanan ağır və çox vaxt ölümcül tənəffüs xəstəliyinə səbəb olur. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, insanlar adətən siçan və siçovul kimi gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas nəticəsində yoluxur.

Yalnız Andes virusunun insandan insana nadir hallarda keçə bildiyi bilinir və bu virus əsasən gəminin marşrutunun başlanğıc nöqtəsi olan Çili və Argentina bölgələrində yayılıb.

Gəmi harada idi?

"MarineTraffic" məlumatlarına əsasən, Niderland bayrağı altında üzən "MV Hondius" təxminən yeddi həftə əvvəl Argentinanın Uşuaia şəhərindən yola çıxıb. Gəmi Antarktida və Britaniyanın xarici ərazisi olan Saint Helena dayanacaqlarından sonra Kape Verdeyə çatıb.

"Oceanwide Expeditions" şirkəti gəmidə 170 sərnişin və 71 heyət üzvü olduğunu, onların arasında bir həkimin də yer aldığını açıqlayıb. Şirkət hazırda prioritetin sərnişin və heyətin sağlamlığı olduğunu bildirib.

Epidemiyanın səbəbi hələ bilinmir

BMT və ÜST nümayəndələri yoluxmanın necə baş verdiyinin hələ müəyyən edilmədiyini açıqlayıb. Araşdırmalar, laborator analizlər və epidemioloji təhlillər davam edir.

Tierra del Fuego bölgəsinin səhiyyə orqanları isə ərazidə indiyədək heç bir hantavirus hadisəsinin qeydə alınmadığını bildirib.

Mütəxəssislərdən Skott Miskoviç vəziyyəti "çox qeyri-adi” adlandıraraq, belə bir virusun endemik olmadığı bir marşrutda görünməsinin təəccüblü olduğunu deyib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri