Icma.az
close
up
RU
“Ola bilər ki, yanıldım...” Vüsal İsgəndərli nəyə görə peşmandı?

“Ola bilər ki, yanıldım...” Vüsal İsgəndərli nəyə görə peşmandı?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizi xaricdə təmsil edən az sayda futbolçudan biri də Vüsal İsgəndərlidi.

Onun legioner həyatı bu mövsüm fərqli axarla davam edir. İlin lap əvvəlində Albaniyadan söz-söhbətli formada “Boluspor”a transfer olunan futbolçu Fernando Santuş gələndən sonra millidəki yerini də itirdi.
“Football-plus.az” Vüsalla bu və başqa mövzular ətrafında söhbətləşib.
- Hazırda Boluda düşərgədəsənmi, qış hazırlığı necə gedir?
- Bəli, düşərgədəyəm. Qış hazırlığı artıq başlayıb. Demək olar, ağır məşqlər yoxdu. Çünki növbəti oyunumuza 5-6 gün qalıb. Ona görə də yükləmələr olmur.
- Təkliflər aldığın deyilir. Türkiyədan, Albaniyadan, yoxsa başqa ölkədəndi? Ümumiyyətlə, karyeranı Türkiyədə davam etdirmək fikrindəsənmi?
- Təklif var idi. Əsasən yayda daha çox təklif oldu. Həm milli komandadan gəldiyimə, həm də sabit oynadığıma görə dəvətlər aldım. Amma yəqin mövsümün sonuna kimi burdayam. Karyeramı Türkiyədə davam etdirmək istəyirəm.
- Azərbaycandan da səninlə maraqlanan klubların olduğu deyilir. Konkret təklif almısan, yoxsa vətənə qayıtmaq barədə düşünmürsən?
- Düzdü, ölkədən maraqlanan klublar oldu. Amma rəsmi təklif gəlmədi. Burda müqaviləmin müddəti davam etdiyi üçün heç kimdən rəsmi təklif də almadım.
- İlin əvvəlində Albaniyadan Türkiyəyə köçdün. Bu məqam, həmçinin son vaxtlar daha az şans qazanmağın karyerana necə təsir etdi?
- Düzü, ilin əvvəlində Türkiyəyə fərqli düşüncələrlə gəlmişdim. Fərqli niyyətlər, məqsədlərim var idi. Mediada yaxın dost-tanışım var, onlar da müsahibələrimdə seçimimin səhv olduğunu deyirdilər. Özümə görə qurduğum planlar vardı. O planlar oldumu? Olmadı. Ola bilər ki, seçimimdə yanıldım. Bu da bir təcrübə idi. Mənə görə itirdiyim yox, qazandığım təcrübə var. Amma heç nə üçün gec deyil. Yenə də uğurlu ola biləcəyimə həddən çox inanıram.
- Milli komandaya dəvət almadığını da nəzərə alsaq, ili sənin üçün uğursuz saymaq olarmı?
- Dediyim kimi, mənə görə itirilən yox, qazanılan təcrübə var. Həmişə az və ya çox oynamağımdan asılı olmayaraq, əlimdən gələni edib istədiyim məqsədə çatmağa çalışmışam. Hazırkı vəziyyətdə milli komandaya dəvət almamağım çox normaldı, çünki klubumda oynamıram. Belə şəraitdə dəvət gözləmək düzgün olmaz. İnşallah, əlimdən gələni edib oynayacam. Ondan sonra dəvət almağım daha məqsədəuyğun olar.
- “Futbol+”in ilin futbolçusu seçimində Mahir Emreli, Elvin Cəfərquliyev və Toral Bayramov favorit idi. Nəticədə Toral ilin futbolçusu seçildi. Sən kimə səs verərdin?
- Həm Torala, həm də Elvinə. Hər ikisinin bu mövsüm etdikləri buna layiq olduqlarını göstərdi. Sadəcə, bu iki oyunçunu layiq görərdim. Toral seçilibsə, onu da burdan təbrik edirəm. Haqq edirdi.
RÖYANƏ OĞUZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Yanvar 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri