Olavio Juninyonun Flamenqoya keçidi tamamlandı Həyat yoldaşı Azərbaycan xalqına təşəkkür etdi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçən Juninyo Rio-de-Janeyro şəhərinə çatıb.
Oxu.Az xəbər verir ki, "Flamenqo" forması ilə şəkil çəkdirən 28 yaşlı hücumçu A Seriyası təmsilçisinə gəldiyi üçün çox xoşbəxt olduğunu bildirib.
Juninyonun həyat yoldaşı Vivian Azərbaycana və Ağdam klubuna təşəkkür edib.
O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. "Qarabağ", inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram", - deyə Vivian bildirib.
Qeyd edək ki, "Qarabağ" Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 14 Yanvar 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















