Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Kiyev, 13 oktyabr, AZƏRTAC
Ukrayna ən azı iki sektorda - enerji sahəsində və dənizdə atəşkəsə razıdır. Bu, kiçik addımların həlli yolu ola bilər. Ən azı iki sektorda razılaşmaya başlanılmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında ukraynalı siyasi şərhçi Oleksi Buryaçenko Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Ukrayna və Rusiya arasında “enerji atəşkəsi”ni elan etməsinə münasibət bildirərkən deyib.
“Rəsmi Moskva “enerji atəşkəsi” barədə hər hansı mövqe ortalığa qoymayıb. Ukrayna isə hələ də sülh üçün imkanlar axtarır. Ölkə Prezidenti Volodmir Zelenski “enerji atəşkəsi”nə də hazır olduğunu bəyan edib. Ukrayna həmişə danışmağa hazırdır”, - deyə o vurğulayıb.
Siyasi ekspert hesab edir ki, Rusiya-Ukrayna müharibəsi artıq bütün dünyaya, geosiyasətə və iqtisadiyyata təsir göstərir.
“Ukrayna Rusiyanın bütün enerji obyektlərinə, əsasən də Trampın dəfələrlə vurğuladığı neft emalı zavodlarına hücum etmir. Lakin Rusiya bu prinsipləri pozur. Ukrayna heç olmasa, bir az vaxt qazanmağa çalışır. Çünki bu, müharibədir. Ukrayna qışa hazırlaşmalı, eyni zamanda, enerji obyektlərini qorumaq, Afrikaya, Yaxın Şərqə ərzaq göndərmək üçün istənilən vaxtdan istifadə etməlidir. Ukrayna istənilən dialoqa hazır olan ölkədir. Amma bizim üçün bu dialoqdan ötrü ədalətli şərtlər əldə etmək vacibdir. Ukraynanı qorxutmaq olmaz. Əgər Ukrayna qorxsaydı, təslim olmaq istəsəydi, bu, çoxdan baş verərdi”, - deyə Oleksi Buryaçenko diqqətə çatdırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri\
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Oktyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















