Icma.az
close
up
RU
Ölən qardaşın xanımı ilə ailə qurulmamalıdır RƏYLƏR

Ölən qardaşın xanımı ilə ailə qurulmamalıdır RƏYLƏR

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İslam şəriətinə görə haram əməllər bəlli olaraq müəyyən edilmiş, ayə və hədislərdə tanıdılmışdır. Haram kimi tanıdılmayan qalan əməllər isə halaldır, günah deyil. Şəriətimizə görə, bəzi şəxslərin evlənməsi icazəli deyil, onlar şəriətə görə bir-birinə məhrəm sayılırlar. Amma qadın öz qaynına məhrəm sayılmır. Buna görə də şəriətimiz qadına öz qaynının yanında hicabsız gəzməyə icazə vermir. Əgər nişanlı oğlan və ya evli kişi rəhmətə gedərsə, qardaşı onun nişanlısı və ya arvadı ilə ailə qura bilər (iddə müddəti gözləndikdən sonra). Bunun şəriət baxımından qadağası yoxdur. Amma bu şəriətin vacib göstərişi də deyil. Şəriət belə məsələlərdə ürfün nəzərinə – yerli adət-ənənəyə üstünlük verir. Yəni hansısa vacib olmayan məsələ yerli adətlərlə ziddiyyət təşkil edirsə, o zaman onu həyata keçirməkdən çəkinmək lazımdır.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev bildirib ki, İslam dininə görə dünyasını dəyişmiş qardaşın xanımı ilə və ya nişanlısı ilə ailə həyatı qurmaqda heç bir qadağa yoxdur.

Onun sözlərinə görə, lakin Azərbaycan mentalitetini nəzərə alaraq o işi etdiyi zaman, cəmiyyətə hər hansısa qınaq və töhmətlərlə qarşılaşacaqsa bu baxımdan bu kimi məsələlərdə müəyyən formada uzaq durmağa ehtiyac vardır. “Amma dinimizin hökmünə gəldikdə isə İslamda bu qadağadır, olmaz deyə bir şey yoxdur. Nümunəsi də Allah Rəsulunun dövründə və ya da səhabələrin həyatında biz buna şahid oluruq ki, bu kimi hallar olmuşdur. Bu da dinimiz baxımından bir qadağa sayılmır”.

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, "Psixologiya elmi bizə çox geniş imkanlar yaradır. Öz seçimlərimizin daha rahat olması üçün bizə imkanlar yaradır”.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bəzən həm menatlitet, həm də psixoloji baxımdan bəzi təhlillər və analizlər bizə bəzi hərəkətləri etməyə icazə vermir: “Məsələn sual olunur ki, ölən qardaşın dul yoldaşını və ya nişanlısı ilə evlənmək islam da necədir? Mən məsələnin İslamla bağlı olan hissəsinə fikrimi bildirmirəm. Məsələnin psixoloji tərəfinə gəldikdə isə bir psixoloq kimi düşünürəm ki, bir insanın bir insana qarşı hissi varsa, o insan rəhmətə gedibsə bu insan o ailə ilə xüsusi bir bağlarla birləşir. O insan ailəni özü üçün sığınacaq yeri kimi, sevdiyi insanın bir ailəsi, onun iyini ala biləcəyi bir yerdir. Təbii ki, əgər orada başqa bir bəy varsa yəni qardaşı varsa və onunla evlənmək lazımdırsa o zaman o adamın öz şəxsi dəyərlərinə bağlı bir şeydir. Mən bir psixoloq olaraq birmənalı fikir bildirə bilmirəm, ikitərəfli deməyə çalışıram. Yəni istəsələr ailə də qura bilərlər, istəsələr də ailə qurmaya bilərlər. Bu onların öz fikirləridir. Amma şəxsi öz fikrimi desəydim, bildirmək istəyirəm ki, burada bəzi incə nüanslar var, mənə görə ölən qardaşının xanımı ilə ailə qurulmamalıdır. Çünki o insanın özünün daxili hissləri var, insanı sevibsə ona olan xüsusi bir dəyəri var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri