Icma.az
close
up
RU
Oleq Qazmanovu aldadan fırıldaqçı erməni ABŞ a qaçacaq? VİDEO

Oleq Qazmanovu aldadan fırıldaqçı erməni ABŞ a qaçacaq? VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur müğənni və bəstəkar Oleq Qazmanov deyib ki, onu aldadan Gevork Sarkisyan cəzasından yayına bilər.
Bizim.Media xəbər verir ki, bu barədə o, “İzvestiya” ilə söhbətində danışıb.
“İnanılmaz bir hadisə baş verir: birincisi, onu həbs edəndə bir müddət sonra buraxmağa çalışdılar. Əgər başqa bir şəxs tərəfindən yeni iş açılmasaydı, onu buraxardılar. Amma buraxmadılar, həbsdədir. Mən ciddi narahatam ki, əgər onu buraxsaydılar, dərhal Amerikaya qaçardı. O, Rusiya vətəndaşı deyil, orada biznesi var,” – deyə sənətçi bildirib.
Qazmanovun sözlərinə görə, Sarkisyan onu altı il ərzində aldadıb, əvvəlcə pulları geri qaytarmamaq üçün koronavirus pandemiyası, sonra isə xüsusi hərbi əməliyyatın başlandığını səbəb kimi göstərib. Həmçinin müğənni bildirib ki, onun əlində aldadılmasını sübut edən sənədlər və bank çıxarışları mövcuddur.
Sənətçinin vəkili Roman Kuzmin əlavə edib ki, işin mürəkkəbliyi səbəbindən Qazmanov Moskva Şəhər Məhkəməsinin sədrlərinə müraciət edib ki, işin gedişatını araşdırsınlar.
“Bildiririk ki, bu müraciət çərçivəsində biz məhkəməyə tam hörmətlə yanaşırıq və cinayət qanunvericiliyinə riayət etməyi nəzərdə tuturuq. Eyni zamanda, Moskva Şəhər Məhkəməsinin nümayəndələrindən xahiş edirik ki, işimizdə nə baş verdiyini araşdırsınlar. Yenə də məhkəməyə hörmətimizi ifadə edirik,” – deyə vəkil vurğulayıb.
14 sentyabrda “İzvestiya”ya məlum olub ki, Qazmanov və ailəsi fırıldaqçıların qurbanı olub. Şübhəli isə ailənin dostu milliyyətcə erməni olan Gevork Sarkisyan çıxıb. Həbs nəticəsində xüsusilə böyük miqdarda fırıldaqçılıq faktı üzrə cinayət işi açılıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri