Icma.az
close
up
RU
Olimpiadalar sadəcə yarışdırmı, yoxsa təhsil aləti?

Olimpiadalar sadəcə yarışdırmı, yoxsa təhsil aləti?

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 dekabr, AZƏRTAC

Akademik və ya təhsil olimpiadası nədir və bu yarışlar təhsildə hansı rolu oynayır? Bu suala düzgün cavab vermək üçün olimpiadanı sadəcə “yarış” kimi deyil, təhsil sistemi daxilində xüsusi funksiyası olan bir mexanizm kimi izah etmək lazımdır. Olimpiadanın akademik tərifini versək, belə deyə bilərik, akademik olimpiadalar müəyyən fənn sahəsi üzrə (riyaziyyat, elm, informatika, iqtisadiyyat və s.) yüksəksəviyyəli düşünmə, problem həlli və analitik bacarıqları ölçmək və inkişaf etdirmək məqsədi daşıyan beynəlxalq və ya milli səviyyəli akademik yarışlardır. Bu anlayış elmi ədəbiyyatda belə izah olunur: olimpiadalar standart imtahanlardan fərqli olaraq məlumatın əzbərlənməsini deyil, anlayışın dərinliyini, məntiqi əlaqə qurmağı, qeyri-standart situasiyalarda düşünməyi ölçür. Bu səbəbdən bir çox təhsil tədqiqatçısı olimpiadaları “yüksəksəviyyəli idrak fəaliyyəti üçün təhsil aləti” kimi təsnif edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında akademik təhsil olimpiadaların Azərbaycan üzrə nümayəndəsi, “Global Olympiad Center”in (GOC) direktoru Xəyal İbrahimzadə söyləyib.

O, təhsil olimpiadalarının tarixinə nəzər salaraq deyib: “Təhsil olimpiadalarının tarixi XIX əsrə gedib çıxır. Riyaziyyat tarixçisi Dmitri Fomin tərəfindən aparılmış araşdırmaya əsasən, orta məktəb şagirdləri üçün ilk rəsmi akademik müsabiqələr XIX əsrin birinci yarısında Rusiya imperiyasında təşkil olunub. Araşdırmada göstərilir ki, 1840–1842-ci illərdə Sankt-Peterburq şəhərində rəsmi şəhər səviyyəli “olimpiada” formatlı yarışlar keçirilib. Bu yarışlar yalnız riyaziyyatla məhdudlaşmayıb, eyni zamanda, tarix və dil fənlərini əhatə edib. Müsabiqələr dövlət nəzarəti altında təşkil olunub və orta məktəb təhsil sisteminin bir hissəsi kimi fəaliyyət göstərib. Fominin tədqiqatı bu yarışların əsas məqsədinin - istedadlı şagirdlərin erkən mərhələdə aşkar edilməsi, akademik səviyyənin yüksəldilməsi, elmi düşüncə mədəniyyətinin formalaşdırılması olduğunu göstərir. Araşdırmada, həmçinin vurğulanır ki, həmin dövrdə keçirilmiş bu müsabiqələr təhsil və sosial siyasətin aləti kimi istifadə olunub, şagirdlərin intellektual inkişafı ilə yanaşı, cəmiyyət üçün gələcək elmi kadrların hazırlanmasına xidmət edib”.

Onun sözlərinə görə, olimpiadaların meydana gəlməsinin əsas səbəbi təhsil sisteminin daxilində uzun müddət mövcud olmuş bir boşluğu doldurmaq idi: yüksək potensiallı şagirdlərin standart dərs mühitində öz imkanlarını tam şəkildə göstərə bilməməsi idi. Ənənəvi məktəb sistemi orta səviyyəyə uyğun qurulduğundan, istedadlı şagirdlər çox vaxt ya darıxır, ya da öz imkanlarını inkişaf etdirə biləcəkləri mühit tapmırdılar. Məhz bu nöqtədə akademik olimpiadalar seçici və inkişafetdirici mexanizm kimi ortaya çıxmışdı.

Təhsil yarışmalarının öz məqsədi var. Olimpiadaların ilkin və əsas məqsədlərindən biri, hətta birincisi istedadlı şagirdlərin erkən yaşlarda müəyyənləşdirilməsi olub. Araşdırmalar göstərir ki, intellektual potensial erkən dövrdə düzgün istiqamətləndirildikdə daha davamlı və dərin inkişaf edir. Olimpiadalar bu baxımdan adi imtahanlardan fərqli olaraq, yalnız bilik səviyyəsini deyil, düşünmə tərzini, problemə yanaşma üsulunu, məntiqi ardıcıllığı aşkarlayır. Bu xüsusiyyətlər isə istedadın ən etibarlı göstəricilərindən hesab olunur. Məhz buna görə bir çox ölkələrdə olimpiadalar dövlət səviyyəsində istedadların aşkarlanması strategiyasının tərkib hissəsinə çevrilib.

Olimpiadaların ikinci əsas məqsədi şagirdlərin potensialını standart dərs proqramlarının məhdudiyyətlərindən kənarda inkişaf etdirmək olub. Məktəb proqramları əsasən minimum zəruri bilikləri ötürməyə yönəldildiyi halda, olimpiadalar dərin anlayış tələb edən mövzulara, fənlərarası əlaqələrə, sübut və arqument mədəniyyətinə önəm verir. Bu, şagirdlərə bilikləri yalnız qəbul etməyi deyil, onları təhlil etməyi, yenidən qurmağı və tətbiq etməyi öyrədir. Beləliklə, olimpiada mühiti məktəbin verdiyi bilikləri daha yüksək idrak səviyyəsinə daşıyır.

Müsahibimiz vurğulayıb ki, akademik olimpiadalar yalnız yarış formatı deyil, eyni zamanda, elmi icma üçün ilkin filtr rolunu oynayıb. Bir çox ölkədə tanınmış alimlərin, mühəndislərin və tədqiqatçıların təhsil yolunda olimpiadaların xüsusi yeri olub. Bu xüsusda oxşar maraqlara sahib şagirdləri bir araya gətirir, elmi müzakirə mədəniyyətini formalaşdırır, intellektual rəqabəti sağlam çərçivədə təşviq edir. Bu mühit gənclərin elmi düşüncə tərzini erkən yaşlarda formalaşdırır və onları gələcək akademik və peşəkar fəaliyyətə hazırlayır.

O qeyd edib ki, zaman dəyişdikcə olimpiadaların funksiyası da genişlənib. Əgər əvvəl əsas məqsəd milli səviyyədə istedadların seçilməsi idisə, müasir dövrdə olimpiadalar qlobal təhsil ekosisteminin bir hissəsinə çevrilib. Müasir dünyada elm, texnologiya və innovasiya qlobal miqyasda rəqabət aparır. Akademik olimpiadalar bu rəqabət mühitinə şagirdləri erkən mərhələdə hazırlayır: beynəlxalq standartlarla tanış edir, fərqli ölkələrin təhsil mədəniyyəti ilə qarşılaşdırır, qlobal düşünmə bacarığını formalaşdırır, başqa ölkədən olan həmyaşıdlarını anlama bacarığını formalaşdırır. Bu isə şagirdlərin yalnız milli deyil, beynəlxalq akademik mühitdə özlərini sınamasına imkan yaradır.

“Olimpiadalar sadəcə yarışdırmı, yoxsa təhsil aləti? Bu sual uzun illərdir akademik mühitdə müzakirə olunur və müasir təhsil araşdırmalarının gəldiyi nəticə kifayət qədər aydındır: akademik olimpiadalar sadəcə yarış deyil, məqsədyönlü təhsil alətidir. Əgər olimpiadalar yalnız nəticəyə və qalibiyyətə fokuslanan yarış olsaydı, onların təhsildə bu qədər geniş yayılması və aparıcı universitetlər tərəfindən bu dərəcədə ciddi qəbul edilməsi mümkün olmazdı. Əksinə, elmi ədəbiyyat göstərir ki, olimpiadalar klassik dərs və imtahan mühitindən fərqli olaraq şagirdləri passiv bilik qəbul edən mövqedən çıxararaq fəal düşünən və bilik yaradan subyektə çevirir”, - deyə direktor bildirib.

“Akademik olimpiadalar nə sadəcə yarış, nə də yalnız seçmə mexanizmidir. Onlar şagirdlər üçün intellektual laboratoriya rolunu oynayır: burada fikir irəli sürmək, səhv etmək, alternativ yanaşma tapmaq və nəticəni əsaslandırmaq təhsilin mərkəzinə çevrilir. Məhz buna görə müasir təhsil sistemlərində olimpiadalar əlavə fəaliyyət kimi deyil, istedadların inkişafı və yüksəksəviyyəli düşünmənin formalaşdırılması üçün strateji təhsil aləti kimi qəbul olunur”, - deyə X.İbrahimzadə fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri