Icma.az
close
up
RU
Ölkə Prezidentinin fikirləri çağırış kimi dəyərləndirilir

Ölkə Prezidentinin fikirləri çağırış kimi dəyərləndirilir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkədə  “Müharibələrin Dayandırılması və Ailə Dəyərlərinin Qorunması Yolunda Birgə Yanaşma: İlham Əliyev və Donald Trampın Ortaq Baxışı” başlıqlı paylaşım edib. Paylaşımda deyilir: 

– 2025-ci il iyulun 19-da Xankəndidə keçirilən “Şuşa Qlobal Media Forumu” çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq informasiya və media mühitində qlobal sabitlik və əxlaqi dəyərlərin qorunması sahəsində mühüm çağırış kimi qiymətləndirildi. 

ABŞ Prezidenti Donald Trampın həmin çıxışdan paylaşım etməsi isə təsadüfi deyil – bu, onların çağdaş çağırışlara münasibətlərindəki ideoloji yaxınlığın və ortaq dəyərlərə əsaslanan siyasi yanaşmalarının bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışında xüsusilə bu gün dünya miqyasında sülhün qorunması, müharibələrin qarşısının alınması və ailə institutunun təməllərinin sarsıdılmasına qarşı səylərin birləşdirilməsi istiqamətində ciddi mövqe sərgilədi. 

Bu fikirlər Donald Trampın da illərdir müdafiə etdiyi əsas prinsiplərlə tam uyğunluq təşkil edir. Tramp hər iki prezidentliyi dövründəki çıxışlarında daim güclü ailə modelinin, milli suverenliyin və silahlı qarşıdurmaların əleyhinə çıxış edib, beynəlxalq balansın sülh yolu ilə qorunmasının tərəfdarı olub.

Trampın rəsmi sosial media hesabında bu çıxışdan paylaşım etməsi isə İlham Əliyevin fikirlərinin yalnız regional deyil, həm də qlobal səviyyədə rezonans doğurduğunu göstərir. 

Bu paylaşım həm də göstərir ki, Azərbaycan və (Tramp Administrasiyasında) ABŞ kimi dövlətlər ailə dəyərləri, milli suverenlik və informasiya təhlükəsizliyi sahəsində ortaq mövqedə dayanır.

Dünya dəyişir – informasiya texnologiyaları və süni intellekt əsrində siyasi liderlərin çağırışları sadəcə texnoloji yeniliklərlə ayaqlaşmaq cəhdlərindən ibarət deyildir.Bu ilk növbədə dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması baxımından daha çox əhəmiyyət kəsb edir. 

Məhz bu səbəbdən ьüharibə və işğala məruz qalaraq, onu öz gücünə aradan qaldırmağı bacaran müstəqil bir ölkənin Prezidenti İlham Əliyevin çağırışları və dünyada söz sahibi olan ABŞ kimi bir fövqəlgüc ölkənin Prezidenti Donald Trampın ona verdiyi dəstək təmsil etdikləri ölkələrin imkanlarına görə müqayisəyə gəlməyən iki ölkə liderinin həmrəyliyi deyil, həm də düzgün yolda olduqlarının təsdiqidir.

Bu həmrəylik göstərir ki, dünya siyasətində yenidən insanı, ailəni və sülhü mərkəzə alan liderlik modeli formalaşır – və bu modelin irəli aparılmasının önündə duran liderlərdən biri heç şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyev, digəri isə ABŞ Prezidenti Donald Trampdır.

Son iki gün ərzində ilk mövbədə müharibələrin dayandırılması və bizim gündəlik fəaliyyət sferamıza dair məsələlərə əhəmiyyətli dəstək göstərdiklərinə və bu barədəki açıqlamalarına görə hər iki Prezidentə dərin təşəkkürümü bildirirəm!

Z.HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri