Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ölkələr arasında etimadın söz körpüsü

Ölkələr arasında etimadın söz körpüsü

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Asiya məkanının media təmsilçiləri bir araya gəldilər

Xəbər verildiyi kimi, Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısının forum iştirakçılarına müraciətini səsləndirib. Prezident İlham Əliyev müraciətində Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platforması kimi dəyərləndirib. “Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir”, – deyə müraciətdə bildirilib.

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən Forumda da qeyd olunduğu kimi, AQEM işgüzar dialoqlar qurumudur və bu məqsədlə Asiya miqyasında əhatəli platformalar təqdim edir. Onun yaradılması təşəbbüsünü ilk dəfə 5 oktyabr 1992-ci ildə – BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstanın o zamankı Prezidenti Nursultan Nazarbayev irəli sürüb. Təşəbbüs bir sıra dövlətlər, o cümlədən Azərbaycan tərəfindən dəstəklənib.

Əlavə olaraq 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, TürkPA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. Qazaxıstan Xalq Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), ŞƏT-in Terrorizmə qarşı Regional Strukturu (RATS), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Avrasiya İqtisadi İttifaqı isə AQEM-in tərəfdaş təşkilatlarıdır.

AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən və Müşavirənin gündəlik fəaliyyətini əlaqələndirən Katiblikdir. Onun fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə və 2002-ci ildə qəbul edilmiş “Almatı Aktı”dır. Mövcud prosedur qaydalarına əsasən, sədr ölkə konsensus qaydası ilə 2 il müddətinə seçilir. Qurumun fəaliyyətinin istiqamətləndirilməsi və prioritetlərinin müəyyənləşdirilməsi sədr ölkə tərəfindən həyata keçirilir. 2024-cü ilin 17 dekabr tarixində keçirilmiş AQEM-in Nazirlər İclasında Müşavirənin sədrliyi Qazaxıstandan Azərbaycana keçib.

Xatırladaq ki, AQEM-ə sədrliyi dövründə ölkəmizin “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında müəyyən edilmiş strateji prioritet istiqamətləri üzrə konkret nəticələr əldə edilib. İqtisadi, humanitar və ekoloji ölçülər də daxil olmaqla, sektorlararası qarşılıqlı əlaqələrin gücləndirilməsi və prioritet kimi müəyyən olunmuş bağlantılar, rəqəmsallaşma və dayanıqlılığın təşviqinə çalışılıb.

Eyni zamanda üzv dövlətlərin ali təhsil müəssisələri arasında innovativ əməkdaşlıq platforması olan AQEM-in Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi fəaliyyətə başlayıb. Şəbəkənin Əlaqələndirici Şurasının ilk iclası onlayn formatda 21 fevral tarixində və ilk konfransı isə şuranın sədri təyin edilmiş ADA Universiteti ilə birgə ötən il 2–3 dekabr tarixlərində Bakı şəhərində “Təhsil müəssisələrinin yaşıl enerji və dayanıqlılıqda rolu” mövzusunda keçirilib.

Sədrliyimiz dövründə 2025-ci ildə AQEM Maliyyə Sammitinin Nizamnamə layihəsi üzrə danışıqlar yekunlaşdırılıb və sənəd yekun olaraq təsdiq olunub. Paralel olaraq, Azərbaycan sədrliyinin əsas təşəbbüsü kimi AQEM Qadınlar Şurasının Nizamnaməsi hazırlanaraq qısa müddətdə razılaşdırılıb. 2026-cı il aprelin 14-də Bakıda AQEM Qadınlar Şurasının ilk görüşü, habelə “Dayanıqlı inkişaf naminə AQEM məkanında qadınların səsinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı da uğurla başa çatıb.

Bundan başqa, Azərbaycan müxtəlif strukturlar arasında sinerji və birgə fəaliyyətin gücləndirilməsini prioritet kimi irəlilədərək, AQEM-in Biznes Şurası və Biznes Forumuna, 2 dəfə Gənclər Forumuna, habelə 13-cü AQEM Beyin Mərkəzləri Forumuna uğurla ev sahibliyi edib. Keçirilmiş tədbirlər AQEM regionunda etimad və qarşılıqlı fəaliyyətin rəqəmsallaşma və dayanıqlı inkişaf yönümündə təşviqi sahəsində mühüm irəliləyişə səbəb olub.

Ötən 2 ildə AQEM-in Baş katibi Kayrat Sarıbay ölkəmizə çoxsaylı səfərlər edib və Azərbaycanın AQEM-də Sədrliyi ilə bağlı müzakirə və məsləhətləşmələr aparıb. Prezident İlham Əliyev onu qəbul edib və qonaq bir sıra dövlət qurumlarında da işgüzar görüşlər keçirib.

Bir sözlə, AQEM-ə sədrliyimiz dövründə müxtəlif istiqamətlər üzrə yüksək səviyyəli Bakı görüşləri, beyin mərkəzləri, ekspertlər, biznes dairələri və gənclər arasında təşkil edilən tədbirlər təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin güclənməsinə töhfə verib, ölkəmizin dialoq və çoxtərəfli əməkdaşlıq məkanı kimi mövqeyini daha da möhkəmlədirib.

Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna diqqətin cəlb edilməsi baxımından xüsusi önəm daşıyır.

AQEM-in suveren bərabərlik və konsensus prinsipləri müxtəlif milli təcrübələrə malik ölkələrə ümumi dil tapmağa imkan verir. Buna nail olmaq və tərəfdaşlıqlar qurmaq isə etimaddan başlayır. Bu gün artıq AQEM Asiyanın ən əhatəli çoxtərəfli regional təhlükəsizlik əməkdaşlığı platforması kimi tamhüquqlu beynəlxalq təşkilata çevrilir. AQEM-in Baş katibi Kayrat Sarıbay forumda qurumun nəzərəçarpan uğurları olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, illər ərzində AQEM dialoq platformasından praktiki əməkdaşlıq üçün möhkəm hökumətlərarası mexanizmə çevrilib. Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi dövründə bu platforma yüzlərlə məqsədyönlü təşəbbüsü irəli apararaq və Asiya üzrə peşəkar əlaqələrin geniş şəbəkəsini yaradaraq əhəmiyyətli irəliləyişə nail olub. Kayrat Sarıbay bütün bunlara, AQEM çərçivəsində regional dialoqa dəyərli töhfə olan bu tipli ilk toplantının təşkili və sözügedən Media Forumunun keçirilməsi ilə bağlı uzaqgörən təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlıq duyğularını ifadə edib.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Media Forumunda çıxışı zamanı bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar medianın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Dövlətlər və cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və qlobal çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsi media sahəsində də əlaqələndirilmiş səyləri zəruri edir. Vahid informasiya məkanında peşəkar təcrübə mübadiləsinin aparılması, dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi və məsuliyyətli jurnalistika prinsiplərinin təşviqi xüsusi əhəmiyyət daşıyır. Buna görə də Azərbaycan sədrliyinin gündəliyində media sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən birini təşkil edir.

Forumun ilk panel iclası “Qütbləşmiş dünyada media vasitəsilə etibarın qurulması” mövzusunu əhatə edib. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib ki, əlaqələrin və münasibətlərin daha da möhkəmlənməsinin şahidi olacağıq. Türkiyənin Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Mehmet Daniş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov bu cür tədbirlərin anlaşmaya yol açan və onu təmin edən körpülər quracağına əminliklərini ifadə ediblər.

Forum çərçivəsində “Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” adlı 2-ci panel sessiyasında Pakistan İslam Respublikasının federal təhsil və peşə hazırlığı üzrə dövlət naziri Vaciha Qamar deyib ki, media artıq yalnız informasiya mənbəyi deyil, həm də ictimai rəyin formalaşmasına, müxtəlif icmaların bir-birini anlamasına və cəmiyyətlər arasında əlaqələrin güclənməsinə təsir göstərən əsas vasitələrdən biridir. Bu təsir jurnalistikanın üzərinə böyük məsuliyyət qoyur.

Daha sonra çıxış edən Özbəkistanın Prezident Administrasiyasının nəzdində Kütləvi İnformasiya Vasitələri üçün Məzmun İstehsalı Mərkəzinin direktoru Kobuljon Əhmədov, Fələstin Dövlətinin Qazaxıstandakı səfiri Montaser Abu Zeid, İordaniya Haşimilər Krallığının Hökumətlə Kommunikasiya Nazirliyinin baş katibi Zaid Əl-Nəvayseh, Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkın Sarnogoyeva, Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Taveak Amida mövzunu maraqlı baxış bucaqlarından nəzər salıb, əməli təkliflər irəli sürüblər. İclas mövzuya dair müzakirələrlə işini davam etdirib.

Bir daha qeyd edək ki, sözügedən Bakı forumu Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində ölkəmizin yalnız regional deyil, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi etibarlı platformaya çevrildiyini göstərir. Müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların, ekspertlərin, media nümayəndələrinin və işgüzar dairələrin burada bir araya gəlməsi Azərbaycanın dialoq, qarşılıqlı etimad və çoxtərəfli əməkdaşlıq məkanı kimi artan rolunun aşkar göstəricisidir.

İki həftədən sonra – oktyabrın 15-də Azərbaycanda keçiriləcək Zirvə görüşünə doğru irəlilədiyimiz bir vaxtda, daha güclü və effektiv AQEM-ə nail olmaq üçün fəaliyyət səylə davam etdirilir.

Dost ölkələrin mətbuat nümayəndələrinin qatıldığı forumun isə AQEM məkanında media işbirliyinin inkişafına, birgə layihələrin reallaşmasına, dürüst, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına töhfə verəcəyi şübhəsizdir.

Əli ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri