Ölkəmizdə ilk dəfə ADAU da “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə, 4 fevral, Elcan Məmmədov, AZƏRTAC
Ölkəmizdə ilk dəfə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində “Biotəhlükəsizlik və biomühafizə” adlı fənn yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə ADAU-da artıq cari ildən I kurs tələbələrinə tədris olunacaq “Biotəhlükəsizlik və biomühafizə” adlı fənn üzrə metodiki göstəriş hazırlanıb.
Biotəhlükəsizlik insanları, heyvanları və ətraf mühiti xəstəliklərin törətdikləri fəsadlardan qorumaq və onlara nəzarət etmək üçün ən effektiv tədbirlər sistemidir. Biotəhlükəsizlik hər bir baytar həkimin və fermerin iş prinsiplərindən biri və qarşıya qoyduğu əsas vəzifəsi olmalıdır. Həmçinin biotəhlükəsizlik yoluxucu maddələrlə işləyən şəxsin, laboratoriyanın, ictimaiyyət və ətraf mühitin yoluxucu maddələrə yoluxma riskini minimuma endirmək və ya qarşısını almaq üçün təhlükəsizlik və mühafizə tədbirlərinin tətbiqidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















