Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Ölkəmizə qarşı vahid mərkəzdən idarəolunan, hazırlanan informasiya təxribarı həyata keçirilir

Ölkəmizə qarşı vahid mərkəzdən idarəolunan, hazırlanan informasiya təxribarı həyata keçirilir

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Daxili Qoşunların fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar atılan addımlar ölkəmizin düşmənlərini açıq hücuma keçməyə vadar edib. Məqsəd ölkəmizin müdafiə qabiliyyətinin artırılması siyasətinə kölgə salmaqdır. Tarixi kökləri Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxan Daxili Qoşunlar ötən onilliklər ərzində dövlət suverenliyinin təmin olunması, daxili sabitliyin qorunması və qanunun aliliyinin bərqərar edilməsi istiqamətində şərəfli yol keçib və hər zaman xüsusi missiyaya malik olub. AR Daxili Qoşunlarının əsası 1919-cu ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qoyulmuşdur. 1919-cu il mаrtın 27-dən Dахili İşlər Nаzirliyinin tərkibində оlаn Bаkı şəhərinin 14 rаyоnundа sаbitlik və nizаm-intizаmın qоrunub sахlаnmаsı ilə fəаliyyətə bаşlаyаn «Könüllü yаrdım аlаyı» еlə Dахili Qоşunlаrın vəzifələrini icrа еdirdi. Alayın ilk komandanı polkovnik Yusif Ziya Talıbzadə olmuşdur. Bütün müstəqillik illərində olduğu kimi və bu gün də Daxili Qoşunlar bu müqəddəs missiyanı şərəflə, şücaətlə, sədaqətlə yerinə yetirir.

Xüsusilə müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb siyasi və hərbi şəraitdə Daxili Qoşunlar dövlətin dayaqlarından biri kimi formalaşaraq milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı baş verəndə Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə fəal iştirak edib. Birinci Qarabağ müharibəsi zamanı bu qoşunların şəxsi heyəti Ağdam və digər istiqamətlərdə ağır döyüşlərə qatılaraq böyük qəhrəmanlıq nümunələri göstərib, çoxsaylı şəhidlər verib.

Müstəqillik illərində daim Daxili Qoşunların maddi-texniki bazası gücləndirilib və şəxsi heyətin döyüş hazırlığı yüksəldilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Daxili Qoşunların müasir silah-sursatla təchizat, qabaqcıl texnologiyaların tətbiqi, hərbi hissələrdə yaradılan yüksək xidmət və yaşayış şəraiti bu qoşunların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.

Bu hazırlıq 2020-ci ildə Vətən müharibəsi zamanı öz real nəticəsini göstərdi, Daxili Qoşunların hərbçiləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə ön sıralarda yer alaraq Zəfərin qazanılmasına mühüm töhfə verdilər. Vətən müharibəsindən sonra Daxili Qoşunlar işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması və dövlət suverenliyinin faktiki bərpası prosesində mühüm missiya icra edir.

Müasir çağırışlara uyğun olaraq, ölkəmizdə hərbi quruculuq prosesi yüksək dinamika ilə davam etdirilir. Daxili Qoşunların fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar atılan addımlar bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməlidir, idarəetmənin səmərəli və çevik təşkil olunması, operativliyin artırılması, hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsinin mövcud təhdidlərə uyğun səmərəli təşkili məqsədilə qanunvericilik islahatları artıq bir zərurətə çevirilmişdi. Xüsusən 44 günlük Vətən Müharibəsində əldə olunan təcrübənin tətbiqi baxımından Daxili Qoşunların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi vacib idi. Bu baxımdan "Daxili qoşunlar haqqında" yeni qanunun qəbulu bu çağırışlara cavab verən, vaxtında atılmış addım kimi dəyərləndirilməlidir. Həmişə olduğdu kimi, bu dəfə də xaricdə fəaliyyət göstərən, özünü “bloger”, “ekspert kimi təqdim edən bəzi şəxslər yenə manipulyasiyaya başlayıblar. Görünür sifariş o qədər güclü və təcilidir ki, artıq açıq yalan danışmaqdan belə çəkinmirlər. İlk növbədə qeyd edək ki, daxili qoşunların komandanının təyin (azad) olunmasının Prezident tərəfindən həyata keçirilməsi yeni məsələ deyil. Bu səlahiyyət həmişə dövlət başçısında olub. “Daxili qoşunların statusu haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı daxili qoşunların komandanını təyin (azad) edirdi. Bu yalnız savadsızlıqla izah edilə bilməz, bu açıq qərəz və ictimai rəylə manipulyasiya cəhdidir. Çünki, daxili qoşunların komandanının, habelə ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitlərin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri hər zaman dövlət başçısında olub, bu məsələlərdə hər hansı yenilikdən söhbət getmir. Bu bir daha aşkar nümayiş etdirir ki, bu ölkəmizə qarşı hibrid savaşın daha bir istiqamətidir. Məqsəd, dövlət suverenliyinin təmin olunması, daxili sabitliyin qorunmasında şərəfli yol keçən Daxili Qoşunların mənfi reputasiyasını yaratmaq, ölkəmizin müdafiə qabiliyyətinin artırılması siyasətinə kölgə salmaqdır.

Daxili Qoşunların terrorçuluqla mübarizə, mühüm dövlət obyektlərinin mühafizəsi və fövqəladə vəziyyət zamanı asayişin qorunması kimi əsas vəzifələri digər ölkələrdə, beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanın qanunverilciyində təsbit olunub. Həmçinin, fiziki qüvvə, xüsusi vasitələr və odlu silahın tətbiqi prinsipləri (xəbərdarlıq edilməsi, mütənasiblik, qadınlara və uşaqlara qarşı məhdudiyyətlər) beynəlxalq konvensiyalara uyğun olaraq qanunvericiliyimizidə əksini tapıb. Kütləvi tədbirlər zamanı polislə birgə fəaliyyət bütün dünyada olduğu kimi milli qanunvericiliyimizdə təsbit edilib. Bütün bunlar göstərir ki, bu məsələdə ölkəmizə qarşı vahid mərkəzdən idarəolunan, hazırlanan informasiya təxribarı həyata keçirilir. Lakin, bu cəhdlər əbəsdir, Azərbaycan cəmiyyətində bu təxribatlara qarşı artıq davamlı immunitet formalaşıb.

Zaur İbrahimli,

Milli QHT Forumunun İdarə Heyətinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see268

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see222

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see144

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri