Icma.az
close
up
RU
Ölkəmizi regional enerji liderinə çevirən layhə ŞƏRH

Ölkəmizi regional enerji liderinə çevirən layhə ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

2025-ci il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mingəçevirdə yerləşən və ölkənin enerji tarixində xüsusi yerə malik olan “8 Noyabr” İstilik Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Prezidentin bu mərasimdəki çıxışı Azərbaycanın enerji təhlükəsizliyi, iqtisadi inkişafı, ekoloji məsuliyyəti və milli maraqlarını əhatə edən çoxşaxəli strateji baxışı ortaya qoydu.

Cənabİlham Əliyev çıxışında vurğuladı ki, “8 Noyabr” Elektrik Stansiyası yalnız mühüm texniki göstəricilərlə fərqlənmir, həm də onun adı Azərbaycanın müasir tarixində önəmli yer tutan 8 Noyabr Zəfəri ilə birbaşa bağlıdır. Şuşanın azad edildiyi günə ithaf olunan bu stansiya, rəmzi məna daşımaqla yanaşı, Azərbaycanın müstəqil enerji siyasətinin uğurlu nəticəsi kimi də qiymətləndirilir.

Stansiyanın ümumi gücü 1 280 MVt təşkil edir və bu, Azərbaycan elektroenergetika tarixində rekord göstəricidir. Ölkə prezidenti həmçinin çıxışında qeyd etdi ki, bu stansiyanın istismara verilməsi nəticəsində ildə 800 milyon kubmetr təbii qaza qənaət ediləcək. Bu isə ölkənin enerji resurslarının daha səmərəli istifadəsinə, qazın həm daxili tələbat, həm də ixrac üçün daha optimal bölüşdürülməsinə imkan yaradacaq. Eyni zamanda, bu layihə vasitəsilə illik karbon emissiyası 2 milyon ton azalacaq ki, bu da Azərbaycanın ekoloji siyasətinə və iqlim öhdəliklərinə verdiyi önəmi göstərir. Çıxışda layihənin beynəlxalq tərəfdaşlıqla reallaşdırıldığıda xüsusi vurğulandı. İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang Electric” şirkətləri ilə əməkdaşlıq göstərdi ki, Azərbaycan enerji layihələrini qlobal səviyyədə planlaşdırır və reallaşdırır. Bu, həm də ölkənin xarici investisiyalar üçün etibarlı məkana çevrildiyinin sübutudur.

Prezident çıxışında onu da qeyd etdi ki, Mingəçevir tarixən Azərbaycanın enerji mərkəzi olub və bu status bu gün daha da möhkəmləndirilib. Ulu Öndər Heydər Əliyevin vaxtilə bu şəhərə verdiyi diqqət, enerji infrastrukturunun təməlini qoyması bu gün öz bəhrəsini verir. Yeni stansiya, Heydər Əliyev siyasətinin davamı olaraq, Azərbaycanın iqtisadi və sənaye inkişafının mühüm dayaqlarından biri kimi çıxış edəcək.

Əlavə olaraq, Prezident Azərbaycanın enerji ixrac potensialının genişləndirilməsi məsələsinə də toxundu. Qeyd olundu ki, yeni enerji generasiya mənbələri ilə Azərbaycanın xarici bazarlara daha çox enerji ötürmək imkanı olacaq. Bu da ölkənin valyuta gəlirlərini artırmaqla yanaşı, regionda strateji əhəmiyyətini daha da artıracaq.

Nəticə etibarilə, Prezident İlham Əliyevin “8 Noyabr” Elektrik Stansiyasının açılışında etdiyi çıxış, Azərbaycanın yalnız bu gününü deyil, həm də sabahını düşünən bir liderin baxışını ortaya qoydu. Bu layihə, Azərbaycanın enerji müstəqilliyini və iqtisadi dayanıqlığını daha da gücləndirir, ölkəni regional enerji liderinə çevirir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri