Ölkəmizin xarici iqtisadi əlaqələrinə yeni təkan verilib Nazir
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənab prezidentin xarici diplomatiyasının böyük qələbələri son illərdə ölkənin xarici iqtisadi əlaqələrinə yeni təkan verib.
525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Bunun bariz nümunələri kimi iki tarixi hadisəni xüsusi qeyd etmək istərdim. Cari ilin 8 avqust tarixində ABŞ-da Sülh Gündəliyinə imza atılması, o cümlədən beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun yaradılması ilə regional bağlantıların daha da möhkəmlənməsi kimi yeni tarixi mərhələnin başlanması.
Və 16 noyabr 2025-ci il tarixində Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə Azərbaycanın rəsmi şəkildə Mərkəzi Asiya ölkələrinin "altılıq" formatına daxil olması. Qeyri-neft-qaz sektoruna, o cümlədən alternativ energetika sahəsinə böyük xarici investisiyalar gəlməkdədir. Bir sıra ölkələrlə birgə investisiya fondları yaradılıb. Həmçinin Azərbaycan Avropanın 14 ölkəsinin etibarlı qaz təminatçısına çevrilib, bir neçə ölkə ilə preferensial ticarət sazişi imzalayıb. Bütün bunlar yalnız siyasi inteqrasiya baxımından deyil, həm də regionumuzun kapitalizasiyasına, o cümlədən iqtisadi və sosial əlaqələrinin inkişafına mühüm töhfə verəcək", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















